Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

28 Mart 2014 - №11

 

Sumqayıtda Qarabağ tarixinə həsr olunmuş elmi-praktik konfrans keçirilib

 

Sumqayıtda şəhər icra hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə Qarabağ tarixinə həsr olunmuş elmi-praktik konfrans keçirilib. Konfransda çıxış edən Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini Elgin Həbibullayev tariximizin öyrənilməsinin, onun qaranlıq səhifələrinin araşdırılmasının vacibliyini xüsusi vurğuladı. Bildirildi ki, hər bir gənc ölkəmizin şanlı tarixi, onun keçmişdə üzləşdiyi faciələrlə bağlı dərin biliklərə mailk olmalı, müstəqilliyə gedən yolda qarşıya çıxan çətinliklərin bütün mürəkkəb məqamlarını dərk etməlidir.

Qeyd edildi ki, beynəlxalq aləmdə erməni ideoloqlarının uydurmalarının geniş miqyasda ifşa olunmasına baxmayaraq, erməni millətçiləri tarixi öz xeyirlərinə saxtalaşdırmaqdan əl çəkmirlər. Erməni faşistləri havadarlarının kölgəsinə sığınaraq öz cinayətlərinə haqq qazandırmağa, dövlətimizin artan nüfuzuna zərbə vurmağa cəhd edirlər. Ona görə də məktəblərdə, orta ixtisas və ali təhsil müəssisələrində erməni yalanları sistemli surətdə aşkarlanmalı və hərbi-vətənpərvərlik mövzusu geniş təbliğ edilməlidir.

Tədbirdə çıxış edən məktəblilər Qarabağın tarixi ilə bağlı daha dərin biliklərə malik olduqlarını göstərdilər. 

Konfransda çıxış edən gənclər Ermənistanın Azərbaycan torpaqlarında dövlətçiliyini elan edən işğalçı faşist dövlət olduğunu vurğuladılar.

Qarabağın təbii ehtiyatları, əraziləri, tarixi abidələri və qalaları, insanları barədə geniş məlumat verən məktəblilər Azərbaycanın müqəddəs və ən gözəl guşəsinin düşmən tapdağı altında olduğunu ürəkağrısı ilə qeyd etdilər.

Sonra Sumqayıt Şəhər Təhsil Şöbəsinin müdiri  vəzifəsini icra edən Vaqif Ələkbərov gənclərimizin qarşısında duran vəzifələrdən, tariximizin qorunub saxlanması və təbliğindən geniş söhbət açdı. Bildirildi ki, son bir neçə ildə məktəblilərin hərbi-vətənpərvərlik tərbiyəsini daha da yaxşılaşdırmaq məqsədilə Sumqayıtda hərbi parad, "Şəhər günü", "Kitab bayramı" və digər tədbirlər keçirilir.

Konfransda fərqlənən şagirdlərə qiymətli hədiyyələr təqdim olundu. 

Sumqayıt Şəhər Təhsil Şöbəsinin Mətbuat xidməti

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov