Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

28 Mart 2014 - №11

 

Şagirdlərin bayram sevinci

 

Böyütmək üçün şəkili seçinBakıdakı 8 nömrəli tam orta məktəbdə ilaxır çərşənbə və Novruz bayramı münasibəti ilə tədbir keçirilmişdir.

Məktəbin III "a" sinfinin rəhbəri Sevda Babayevanın şagirdləri ilə təşkil etdiyi bayram şənliyinin əsas özəlliyi ondan ibarət idi ki, məktəblilər və onların müəllimi bayramsayağı bəzədilmiş səhnəyə gözəl milli geyimlərlə çıxmışdılar.

Şagirdlər baharı, Novruzu tərənnüm edən şeirlər söyləmiş, mahnılar, rəqslər ifa etmiş, tamaşalar  göstərmişlər. Milli geyimdə səhnəyə daxil olan Sevda Babayevanın öz şagirdləri ilə rəqs etməsi üçüncülərin böyük sevincinə səbəb olmuşdur.

Tədbirdə tamaşaçı qismində iştirak edən məktəbin müəllimləri və valideynlər Sevda müəllimi və yetirmələrini Novruz bayramı münasibəti ilə təbrik etmiş, maraqlı bayram tədbirlərinə görə onlara minnətdarlıqlarını bildirmişlər.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov