Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

28 Mart 2014 - №11

 

Şagirdlər arasında keçirilmiş kütləvi idman yarışları başa çatıb

 

Təhsil Nazirliyinin Respublika Bədən Tərbiyəsi və İdman Mərkəzinin təşkilatçılığı ilə ümumtəhsil və ilk peşə-ixtisas təhsili müəssisələrinin şagirdləri (oğlanlar və qızlar) arasında keçirilmiş kütləvi idman yarışları başa çatıb.

Yarışlar bir neçə idman növü üzrə keçirilib. Qızlar arasında keçirilən basketbol yarışlarında I yerə Yasamal, II yerə Xətai, III yerə Nərimanov rayon komandası çıxıb. Oğlanlar arasında təşkil olunan basketbol yarışlarında isə I yeri Nəsimi, II yeri Səbail, III yeri Xətai rayon komandası tutub. Voleybolçu qızlar arasında keçirilən oyunlarda da Xətai rayonunun komandaları I və II yerlərə layiq görülüblər. III yeri isə Şəki şəhər komandası əldə edib. Şəkinin voleybolçu oğlanları daha uğurlu nəticə göstərərək I yeri tutublar. Oğlanların voleybol qarşılaşmasında II yerə Salyan, III yerə Balakən rayon komandası çıxıb.

Dama yarışlarında Suraxanı məktəbliləri fərqlənib. Sonrakı yerləri 13 nömrəli Bakı Peşə Liseyi və Nizami rayon komandaları tutub.

Stolüstü tennis üzrə keçirilən yarışlarda I yerə Xətai, II yerə Quba rayon, III yerə 13 nömrəli Bakı Peşə Liseyinin komandası çıxıb.

Qeyd edək ki, Təhsil Nazirliyi idman yarışlarında məktəblilərin fəallığını yüksək qiymətləndirir və bu tədbirlərin reallaşmasında əməyi olan hər kəsə təşəkkürünü bildirir.

 

Böyütmək üçün şəkili seçin
Böyütmək üçün şəkili seçin
Böyütmək üçün şəkili seçin
Böyütmək üçün şəkili seçin
 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov