Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

28 Mart 2014 - №11

 

Azərbaycan gimnastları medalların sayını artırırlar

 

 Azərbaycan gimnastları Macarıstanın Debresen şəhərində keçirilən bədii gimnastika üzrə Dünya kuboku yarışlarında uğurla çıxış ediblər. İdmançımız Mariya Durunda finalda həlqə ilə hərəkətlərin icrasında 17,6 bal toplayaraq qalib adını qazanıb. O, ən güclü rəqibləri Ukrayna və Rusiya gimnastlarına heç bir şans verməyib. Onun çox mürəkkəb proqramı sonda  Azərbaycan bayrağının qaldırılmasına və Dövlət himnimizin səslənməsinə səbəb olub.

Üzeyir Hacıbəylinin möhtəşəm musiqisinin sədaları altında ikinci dəfə tamaşaçılar qarşısına çıxan gimnastlarımızın sayı fərdi turnirdəkindən altı dəfə çox olub. Bu yarışda  da qrup komandamız çoxnövçülükdə qalib gəlib. İkinci yerdə Çin, üçüncü yerdə isə İsrail gimnastları qərarlaşıblar. 

Səbinə Abbasova, Aliyə Paşayeva, Siyana Vasilyeva, Diana Doman, Aleksandra Platonova və Aynur Mustafayeva  isə 3 top və 2 lent ilə hərəkətlər proqramının icrasına görə üçüncü yeri tutublar.

Yeniyetmə gimnastlarımız iyun ayında Bakıda keçiriləcək Avropa çempionatına hazırlaşırlar. Jalə Piriyeva və Züleyxa İsmayılova Macarıstandakı Dünya kuboku yarışları ilə paralel olaraq keçirilən beynəlxalq turnirdə komanda hesabında bürünc medallar qazanıblar. Bundan əlavə, Jalənin və Züleyxanın hər birinin aktivində daha bir bürünc medal var. Belə ki, Jalə həlqə ilə, Züleyxa isə gürz ilə hərəkətlərə görə üçüncü olublar. Milli komandanın  baş məşqçisi Mariana Vasilyeva komandanın çıxışı ilə bağlı deyib:

- Nilufər Niftəliyeva barədə da ayrıca danışmaq istərdim. Mariya Durunda ilə qoşa çıxış edən Nilufər ilk dəfə Dünya kubokunun finalçıları sırasına çıxa bilib. Bu yarışlarda onun yeddinci yeri tutması böyük uğurdur. İyun ayında keçiriləcək Avropa çempionatında yığmamızın tərkibində çıxış etməyə digər iddiaçılar - Gülsüm Şəfizadə və  yeniyetmə gimnast Beyza Dəmirin uğurları da bizi sevindirir. Gülsüm Fransanın Kale şəhərində keçirilən beynəlxalq yarışlarda dörd finalın hamısında, Beyza Dəmir isə lent ilə hərəkətlərdə qalib gəlib.  

Sifai SƏFƏROVA,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov