Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

4 Aprel 2014 - №12

 

Niderland Krallığının Azərbaycandakı səfiri Bakı Slavyan Universitetində olub

 

Böyütmək üçün şəkili seçinBakı Slavyan Universitetində (BSU) "Səfir saatı" klubunun növbəti qonağı Niderland Krallığının ölkəmizdəki səfiri Robert Jan Qabrielse olmuşdur.

BSU-nun mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, universitetin rəhbərliyinin, müəllim və tələbələrinin iştirak etdikləri görüşü giriş sözü ilə açan BSU-nun rektoru, professor Asif Hacıyev qeyd etmişdir ki, səfirin universitetə ikinci dəfə gəlməsinə baxmayaraq, "Səfir saat"ı klubunda ilk dəfədir ki qonaqdır.

Səfir Robert Jan Qabrielse BSU-da xarici qonaqlarla görüşlərin artıq ənənəyə çevrildiyini və bu qonaqlar sırasına qoşulduğunun onun üçün sevindirici hal olduğunu nəzərə çatdırmışdır. Universitetdə hər il keçirilən "Bir günlük xəlifə" layihəsi haqqında məlumatı olduğunu bildirən səfir bu layihənin onda böyük maraq oyatdığını vurğulamışdır. Ölkələrarası əməkdaşlıqdan söz açan qonaq Niderland Krallığı ilə Azərbaycan arasında iqtisadi, siyasi, mədəni əlaqələrdən danışmış və bu əlaqələrin gələcəkdə daha da inkişaf etdiriləcəyinə əminliyini ifadə etmişdir. O, eyni zamanda Niderland Krallığındakı ali təhsil ocaqları ilə BSU arasında yeni əlaqələrin qurulması üçün əlindən gələni etməyə hazır olduğunu söyləmişdir. Diplomat səfirliyin Bakıda artıq 5 ildir ki, fəaliyyət göstərdiyini və ölkəsini təmsil edən üçüncü səfir olduğunu nəzərə çatdırmışdır. Xalqımızın çox zəngin mədəniyyətə malik olduğunu, Bakının son illər çox sürətlə inkişaf etdiyini qeyd edən səfir Azərbaycanın bir sıra bölgələrinə səfər etdiyini və Vətənimizə heyran olduğunu bildirmişdir.

Görüşdə qonaq Niderland Krallığında olmuş BSU-nun professor və tələbələrinin təəssüratlarını maraqla dinləmiş, sualları cavablandırmışdır.

Sonda səfir BSU-nun "Fəxri Qonaqlar Kitabı"na ürək sözlərini yazmışdır. 

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov