Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

4 Aprel 2014 - №12

 

Qafqaz Universitetində proqramlaşdırma üzrə təlimlər keçirilib

 

Martın 19-dan 26-dək Qafqaz Universitetində Kompüter mühəndisliyi bölməsinin baş müəllimi Etibar Seyidzadə və Əli Həsənovun rəhbərliyi ilə tələbə və məktəblilərin proqramlaşdırma üzrə respublika və beynəlxalq olimpiadalara hazırlaşmalarını təmin etmək üçün sayca altıncı olan "Proqramçıların yaz məktəbi" təlimləri keçirilib. Təlimlərin aparılması üçün (Ukrayna Respublikasında proqramlaşdırma olimpiadaları üzrə təlimçi, Ukrayna və beynəlxalq proqramlaşdırma olimpiadalarında münsiflər heyətinin üzvü, tanınmış mütəxəssis) Taras Şevçenko adına Kiyev Dövlət Universitetinin kibernetika fakültəsinin riyazi informatika kafedrasının dosenti Mixail Medvedyev təlimçi kimi Qafqaz Universitetinə dəvət edilib.

Təlimlərdə Qafqaz Universiteti kompüter mühəndisliyi, informasiya texnologiyaları və sistemləri mühəndisliyi, riyaziyyat və informatika müəllimliyi bölmələrindən olan 20 tələbə, Bakı Dövlət Universitetindən 3 tələbə və Azərbaycan Türk Özəl liseylərindən 4 şagird (bu şagirdlər 13-20 iyul 2014-cü il tarixlərində Tayvanda keçiriləcək 26-cı Beynəlxalq İnformatika Olimpiadasında Azərbaycanı təmsil edəcək) iştirak edib.

8 gün davam edən təlimlər hər gün Mixail Medvedyev tərəfindən seminarların verilməsi, praktik online müsabiqə və məsələlərin həllinin müzakirəsi formatında aparılıb. Təlimlərdə eolimp.com.ua/az metodik saytından alqoritmik məsələlərin həlli üçün istifadə edilib.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov