Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

4 Aprel 2014 - №12

 

"Yaşıl dünya - sağlam həyatdır" layihəsi davam edir

 

Bu günlərdə Ağcabədi rayonundakı M.Aranlı adına 11 nömrəli tam orta məktəbdə  "Yaşıl dünya - sağlam həyatdır" mövzusunda tədbir keçirilib. Təbii meşələrin və yaşıllıq zolaqlarının qurumasının qarşısını almaq, ağac və kollara qulluq edilməsi istiqamətində maarifləndirmə məqsədi ilə təşkil olunan tədbirdə şagirdlərlə yanaşı, qeyri-hökumət təşkilatlarının nümayəndələri də iştirak ediblər.  Tədbirdə çıxış edənlər layihənin əhəmiyyətindən söz açıblar. Bildirilib ki, son zamanlar Aran bölgəsində yerləşən təbii meşə massivləri və yeni salınan yaşıllıq zolaqlarında qurumalar müşahidə olunur.  Sonra mövzu ilə bağlı layihə çərçivəsində hazırlanan  videoçarxlar nümayiş olunub. Belə  halların baş verməsində insanların rolu müzakirə edilib.  Qonaqlar tədbirlərin məhz gənclər tərəfindən keçirilməsini yüksək  dəyərləndiriblər.

Tədbirin sonunda iştirakçılara maarifləndirici bukletlər paylanıb. 

Sifai SƏFƏROVA,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov