Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

11 Aprel 2014 - №13

 

"Mən Naxçıvanı tanıyıram" olimpiadası

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu və NDU-nun Tələbə Gənclər Təşkilatı tərəfindən Naxçıvan MR-də fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında "Mən Naxçıvanı tanıyıram" olimpiadası keçirildi. Naxçıvan Muxtar Respubikasının yaradılmasının 90 illiyinə həsr olunmuş olimpiadanın I mərhələsi Naxçıvan Dövlət Universitetində reallaşdırıldı.

Universitetin rektoru, biologiya elmləri doktoru, professor Saleh Məhərrəmov  olimpiada iştirakçılarına  uğurlar arzulayaraq vurğuladı ki, muxtar respublikanın təbliği və tanıdılması, gənclərin bu sahədə biliklərinin yoxlanılması baxımından mühüm əhəmiyyət kəsb edir.

Qeyd edək ki,  olimpiadanın keçirilməsində məqsəd gənclərin Naxçıvanın tarixi, ədəbiyyatı, mədəniyyəti, coğrafiyası və digər sahələri barədə məlumatlarını dərinləşdirmək, yüksək bilik və bacarığa malik gəncləri üzə çıxarmaq, onları ictimai və elmi fəaliyyətə həvəsləndirmək, gənclər təşkilatları ilə əməkdaşlığa cəlb etməkdir. 311 nəfərin iştirak etdiyi olimpiadanın nəticələri Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu və NDU-nun Tələbə Gənclər Təşkilatının nümayəndələrindən ibarət münsiflər heyəti tərəfindən  müəyyənləşdiriləcək. Xatırladaq ki, ən yüksək nəticə göstərmiş 40 nəfər tələbə final mərhələsinə vəsiqə qazanacaq.  

Mehriban SULTAN,
NDU-nun Mətbuat şöbəsinin müdiri

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov