Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

11 Aprel 2014 - №13

 

Olimpiada qalibləri mükafatlandırıldı

 

Dünən 276 nömrəli məktəbdə Bakı şəhəri üzrə 2013-2014-cü tədris ilində keçirilən məktəblilərin fənn olimpiadasının şəhər mərhələsinin qaliblərinin mükafatlandırılma mərasimi baş tutub. Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavinləri, sektor müdirləri, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Şaiq Əsgərov, məktəb direktorları, müəllimlər və şagirdlər iştirak edib.

Tədbiri giriş sözü ilə açıq elan edən BŞTİ-nin müdir müavini Hüseyn Əsgərov çıxışı zamanı Bakı şəhəri üzrə məktəblilərin fənn olimpiadası haqqında geniş məlumat verib. Bildirib ki, 15 dekabr 2013-cü il tarixində keçirilən Bakı şəhəri üzrə məktəblilərin fənn olimpiadasının I turunda 6472 nəfər iştirak edib. Fənn olimpiadalarının şəhər mərhələsinin I turu VII - XI sinif şagirdlərini əhatə etməklə Azərbaycan tarixi, Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, biologiya, coğrafiya, xarici dil, fizika, kimya və informatika fənləri üzrə keçirilib. Nəticələrə əsasən, 37-40 bal toplayanlar I, 34-36 bal toplayanlar II, 31-33 bal toplayanlar isə III yerin qalibi olublar. Yanvarın 12-si 258 nömrəli orta məktəbdə baş tutan fənn olimpiadalarının şəhər mərhələsinin II turuna 311 nəfər vəsiqə qazanıb. Bu mərhələ nəticəsində isə 311 nəfər şagirddən 76 nəfəri I, II, III yerlərə layiq görülüb. I, II, III yerlərin qaliblərindən isə hər sinif və fənn üzrə 3 ən yüksək nəticə göstərən 54 nəfər şagird seçilərək olimpiadanın Respublika turuna vəsiqə qazanıb. Müdir müavini çıxışının sonunda olimpiada qaliblərini təbrik edərək onlara uğurlar arzulayıb.

Tədbirdə çıxış edən Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Şaiq Əsgərov da tədbir iştirakçılarını salamladıqdan sonra Azərbaycan təhsilinin inkişafı ilə əlaqədar olaraq hər il olimpiada qaliblərinin sayının artdığını və ölkəmizdə istedadlı gənclərin yetişdiyini bildirib.

 Çıxışlardan sonra olimpiada qalibləri mükafatlandırılıb. Qeyd edək ki, I yerin qalibləri Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən birillik təqaüdlə təltif edilib.

 

Böyütmək üçün şəkili seçin
Böyütmək üçün şəkili seçin
 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov