Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

11 Aprel 2014 - №13

 

Ali məktəb tələbələrinin bədii-yaradıcılıq festivalının seçim turu

 

Müasir və müstəqil Azərbaycan Respublikasının ictimai, siyasi, mədəni həyatında qazanılan parlaq qələbələri ölkə tarixinə qızıl hərflərlə yazmış ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibəti ilə aprelin 4-də Sumqayıt Dövlət Universitetində Təhsil Nazirliyinin və Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşkilatçılığı ilə ali məktəb tələbələri arasında bədii yaradıcılıq festivalının seçim turu keçirilib. Seçim turunda SDU-nun istedadlı tələbələri maraqlı konsert proqramı ilə çıxış edib, şeir, mahnı və digər musiqi nömrələri səsləndirilib.

Festivalın keçirilməsi üzrə təşkilat komitəsinin üzvləri və Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Bakı Musiqi Akademiyasının professoru Zemfira Qafarova, ADPU-nun baş müəllimi, bəstəkar Nailə Mirməmmədli, əməkdar incəsənət xadimi, şair Baba Vəziroğlu, Azərbaycan Respublikasının xalq artisti Təranə Muradova, Azərbaycan Dövlət Opera və Balet Teatrının baş rejissoru Hafiz Quliyev, Təhsil Nazirliyi Təhsil Alan Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin direktor müavini Kəmalə Həsənova     münsiflər kürsüsündə əyləşmişlər.

İstedadlı tələbələr münsiflər qarşısında öz bacarıqlarını nümayiş etdiriblər.

Bədii qiraət üzrə fizika və elektroenergetika fakültəsinin tələbəsi Rufanə Hacıyeva Cabir Novruzun "Sevin, Azərbaycan", kimya və biologiya fakültəsinin tələbəsi Lalə Axundlu Məmməd Arazın "Ayağa qalx, Azərbaycan!", filologiya fakültəsinin tələbəsi Lalə Niftəliyeva Abbas Səhhətin "Vətən", filologiya fakültəsinin tələbəsi Əfşan Veysəlova Əhməd Cavadın "Kuropatkino", filologiya fakültəsinin tələbəsi Anar Məmmədli Cabir Novruzun "Azərbaycan dərdi", mühəndislik fakültəsinin tələbəsi Elvin Musayev öz müəllifi olduğu "Səni niyə sevmişəm?" şeirlərini yüksək peşəkarlıqla səsləndiriblər.

Seçim turunda milli, folklor rəqsi ilə yanaşı xarici və hind rəqs nömrələri də maraqla qarşılanıb.

Filologiya fakültəsinin tələbəsi Rahib Məmmədlinin saz ifası müsabiqəyə xüsusi  əlvanlıq qatıb.

Mühəndislik fakültəsinin tələbəsi Niyaməddin Əhmədov "This is the life (Bu həyatdır)", riyaziyyat fakültəsinin tələbəsi Raci İmamverdiyev "Süsən sünbül" xalq mahnısını ifa etdi. Raci İmamverdiyevin ifasındakı "Qarabağ şikəstəsi" münsiflər və tədbir iştirakçıları tərəfindən xüsusi rəğbətlə qarşılanıb.

Sonda münsiflər heyəti öz təklif və tövsiyələrini verib, tələbələrin hərtərəfli yetişməsi üçün yaradılan şəraitə və onlara göstərilən diqqət və qayğıya görə universitet rəhbərliyinə dərin təşəkkürlərini bildirdilər.

Mayın 7-də Azərbaycan Dövlət Musiqili Teatrında ali məktəb tələbələrinin bədii-yaradıcılıq festivalının yekun konsertinin keçirilməsi nəzərdə tutulub. 

SDU-nun Mətbuat xidməti

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov