Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

11 Aprel 2014 - №13

 

Beynəlxalq sağlamlıq gününə həsr olunmuş tədbir

 

Aprelin 7-də Bakıdakı 5 nömrəli tam orta məktəbdə AİDS-lə Mübarizə İctimai Birliyi və Nəsimi Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Beynəlxalq sağlamlıq gününə həsr olunmuş tədbir keçirilib.

Məktəbin direktoru Nərminə Gündüzlü tədbirin əhəmiyyətindən, narkomaniyanın bəşəri bəla olmasından söz açıb, gəncləri narkomaniyaya qarşı yekdil mübarizəyə səsləyib. Narkomaniya və AİDS ilə mübarizədə ən effektiv vasitələrdən biri kimi maarifləndirmə tədbirlərinin həyata keçirilməsinin və buna məhz təhsil müəssisələrində daha geniş yer verilməsinin vacibliyi vurğulanıb.

Nəsimi Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Şahmar Tağıyev məruzəsində narkomaniyanın cəmiyyət üçün törətdiyi təhlükələrdən, gənclərin fiziki və mənəvi cəhətdən sağlam tərbiyə olunması, asudə vaxtlarının səmərəli təşkili məqsədilə görülən çoxsaylı tədbirlərdən söz açıb.

AİDS-lə Mübarizə İctimai Birliyinin nümayəndəsi Ehtiram Paşayev bildirib ki, əsrin bəlası olan narkomaniya və AİDS problemi bütün dünyada olduğu kimi, Azərbaycanda da mövcuddur. Son illərdə dünyada narkotiklərə, AİDS-ə nəzarət və mübarizə istiqamətində bir sıra ciddi tədbirlər görüldüyünü deyən E.Paşayev  ümumbəşəri bir problemə çevrilən bu bəlanın və  narkomaniyanın fəsadlarından söz açıb.  Qeyd edib ki, narkomaniyaya qurşananlar təhsilə, işə, ailəyə, dostlarına maraqlarını itirir və  özlərini cəmiyyətdən təcrid edirlər. Beləliklə də insan həyatı zəhərlənir. Buna görə  də  həmin ümumbəşəri problemlərin profilaktikası sahəsində Azərbaycanda da  bir sıra məqsədyönlü proqramlar həyata keçirilir. E.Paşayev şagirdlərlə bu mövzuda geniş söhbətlər aparıb, onları maraqlandıran sualları cavablandırıb.  

Rəşad RAMAZANOĞLU,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov