Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

11 Aprel 2014 - №13

 

Hərbi-vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi ilə bağlı seminar

 

Aprelin 5-də  İsmayıllı Rayon Təhsil Şöbəsində "Rayonun  orta məktəblərində hərbi-vətənpərvərlik tərbiyəsinin güclənməsi və hərbi məktəblərə qəbulun təşviq edilməsi" mövzusunda seminar keçirilib. İsmayıllı Rayon Təhsil Şöbəsinin müdiri Rasim Orucov,  Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov, Qarabağ Veteranları və Əlilləri Cəmiyyətinin sədri Vidadi Zərbiyev, RTŞ-ın metodisti İlham Vahabov, eləcə də  rayonun orta ümumtəhsil məktəblərində gənclərin çağırışaqədərki hazırlığı  fənnini tədris edən müəllimlərin  iştirak etdiyi tədbirdə ilk öncə Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, döyüş tapşırığını yerinə yetirərkən  şəhid olmuş Akif  Baxşıyevin xatirəsi  bir dəqiqəlik sükutla yad edilib.

Seminarı giriş sözü ilə açan Rasim Orucov atəşkəs rejiminin olmasına baxmayaraq müharibə şəraitində yaşayan Azərbaycanda gənclərin hərbi-vətənpərvərlik ruhunda formalaşmasının olduqca vacib amillərdən biri olduğunu bildirib. Orta məktəblərin yuxarı sinif şagirdlərinə hərbi-vətənpərvərlik ruhu aşılamaq, onlarda hərbi məktəblərə maraq oyatmaq və gələcəkdə bir zabit kimi yetişmələrinə köməklik göstərməyin zəruri olduğu vurğulanıb.   

Sonra çıxış üçün söz müəllimlərə verilib. Ehtiyatda olan polkovnik-leytenant  Eynulla Bağırov, rayondakı 6 nömrəli tam orta məktəbin hərbi rəhbəri, "Ən yaxşı  müəllim" müsabiqəsinin qalibi Əsgər Manafov, Cülyan kənd tam orta məktəbinin hərbi rəhbəri Tahir Abdullayev və başqaları çıxışlarında ərazilərimizin hələ ki düşmən tapdağı altında olduğu bir vaxtda gənclərin hərbi sahəyə marağının artırılmasının vacibliyindən bəhs ediblər. Qeyd olunub ki, bu istiqamətdə müntəzəm olaraq təbliğat xarakterli tədbirlər həyata keçirilir, hərbi məktəblərdə təhsil almaq arzusunda olan gənclərlə maarifləndirici söhbətlər aparılır və s.

Sonda İsmayıllı Rayon Təhsil Şöbəsinin müdiri Rasim Orucov tədbiri yekunlaşdıraraq müəllimlərə müəyyən tapşırıqlar verib və onlara belə məsuliyyətli işdə uğurlar arzulayıb.   

Hicran ƏKBƏROVA,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov