Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

11 Aprel 2014 - №13

 

"Tələbə baharı" festivalının seçim turu keçirilib

 

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı ilə "Tələbə baharı "VIII Ümumrespublika tələbə yaradıcılığı festivalının seçim mərhələsi keçirilib. Rusiya, Ukrayna, Qırğızıstan, Moldova, Tacikistan, Belarus və Özbəkistandan tələbələrin iştirak etdiyi festivala müxtəlif nominasiyalar üzrə 20-dən çox ali təhsil müəssisəsindən 200-dən çox tələbə qatılıb.

Qafqaz Universitetinin tələbələri "Tələbə baharı" festivalında müxtəlif  nominasiyalar və janrlar üzrə müvəffəqiyyət qazanıblar. Belə ki, universitetin qızlardan ibarət milli rəqslər üzrə  kollektivi III yerə, pop musiqisi nominasiyası üzrə mühəndislik fakültəsinin sənaye mühəndisliyi bölməsinin I kurs magistri Orxan Tağızadə I yerə, pedaqoji fakültə riyaziyyat və informasiya müəllimliyi bölümünün IV kurs tələbəsi Orxan Şükürlü (gitara) II yerə, riyaziyyat müəllimliyi bölməsinin I kurs tələbəsi Leyla Fərzəliyeva və mühəndislik fakültəsi kompüter mühəndisliyi bölməsinin hazırlıq kursu tələbəsi Arzu Həsənli  (duet ifa) III yerə layiq görülüblər. Universitetin xor özfəaliyyət kollektivi isə tələbə yaradıcılığı festivalının laureatı seçilib.

"Tələbə baharı" VIII Ümumrespublika tələbə yaradıcılığı festivalının qala konserti mayın 28-də Quba şəhərində keçiriləcəkdir. 

Y.ƏLİYEV,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov