Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

18 Aprel 2014 - №14

 

Həştərxan şəhərindəki Heydər Əliyev adına məktəbdə həvəsləndirici mükafatların təqdimat mərasimi keçirilib

 

Həştərxan şəhərindəki Heydər Əliyev adına məktəbdə təhsildə və idmanda fərqlənmiş 10 şagirdə və ən yaxşı beş müəllimə Heydər Əliyev Fondunun həvəsləndirici mükafatlarının təntənəli təqdimat mərasimi keçirilmişdir.

Mərasimdə Bakı şəhərinin Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini Rəşid Ağayev, Ümumrusiya Azərbaycanlılar Konqresinin Həştərxan regional bölməsinin sədri Ədalət Hüseynov, "Azərbaycan" milli mədəni cəmiyyətinin sədri Vahid Rəhimov, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) regional bölməsinin rəhbəri Elvin Hüseynov, məktəbin müəllimləri və şagirdləri, ictimaiyyət nümayəndələri iştirak etmişlər.

Rəşid Ağayev çıxış edərək Heydər Əliyev Fondunun fəaliyyəti haqqında ətraflı məlumat vermişdir.

Məktəbin ən yaxşı şagirdlərinə və müəllimlərinə Heydər Əliyev Fondu adından həvəsləndirici mükafatlar təqdim edilmişdir.

Məktəbin valideyn komitəsinin nümayəndəsi, tibb elmləri doktoru, professor Gülnarə Sagitova göstərilən diqqət və qayğıya görə Heydər Əliyev Fonduna təşəkkürünü bildirmişdir. 

AzərTAc

 
 
 
Səhifənin başına qalx "Heydər Əliyev Fondu" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov