Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

18 Aprel 2014 - №14

 

Prezident təqaüdçüləri

Azərbaycan təhsilinin uğurları

 

Fəridə HACIHƏSƏNLİ,

Azərbaycan Respublikasının Prezidenti  yanında Dövlət İdarəçilik Akademiyasının tələbəsi 

1995-ci ildə  Şəki rayonunun Oxud kəndində anadan olub. 2013-cü ildə Oxud kəndindəki  1 nömrəli tam  orta məktəbi  bitirib. Ali məktəblərə qəbul imtahanında III qrup üzrə 696 bal  toplayaraq Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının siyasi idarəetmə fakültəsinə daxil olub.

DİA-nın tələbəsi olmağı ilə fəxr edir. Prezident  təqaüdünə  layiq görülən  tələbələrin siyahısında adını görəndə qürur hissi keçirib.  Ən böyük  arzusu ona göstərilən etimadı doğrultmaqdır.


Arif SADIQLI,

Bakı Ali Neft Məktəbinin tələbəsi 

1996-cı ildə Bakı şəhərində anadan olub.  2013-cü ildə 291 nömrəli lAraz» Ekologiya Liseyini qızıl medalla bitirib. Məktəblilər arasında keçirilən fənn  olimpiadalarının iştirakçısı  olub.

Ali məktəblərə qəbul imtahanında 685 bal toplayaraq   Bakı Ali Neft Məktəbinin  neft-qaz  mühəndisliyi ixtisasına qəbul olub.

Dövlətimizin  təhsilə  və  gəncliyə  xüsusi diqqət və qayğısından ruhlanan Arifin arzusu valideynlərinin  və  müəllimlərinin etimadını doğrultmaqdır.


Elgün HƏSƏNOV,

Qafqaz Universitetinin tələbəsi 

1996-cı ildə Ağdaş  rayonunun Ləki qəsəbəsində anadan olub. 2013-cü ildə Bakıdakı 221 nömrəli tam orta məktəbi bitirib. Orta məktəbdə oxuduğu illərdə   olimpiadalarda  iştirak edib.

Ali məktəblərə  qəbul imtahanında 685 bal toplayaraq  Qafqaz Universitetinin kimya mühəndisliyi fakültəsinə   daxil olub. 

Prezident təqaüdünə layiq görüldüyünə görə Azərbaycan Respublikasının   Prezidenti cənab İlham Əliyevə  öz təşəkkürünü  bildirir.

Məqsədi   ixtisas təhsilini ingilis dilində  almaqdır.


Yunis ŞIXƏLİYEV,

Azərbaycan Tibb Universitetinin tələbəsi  

1996-cı ildə Masallı   rayonunda    anadan olub. 2001-ci ildə rayonun Mollaoba kənd məktəbinə  daxil olsa da, təhsilini 2008-ci ildən Bakı Özəl Türk  Liseyinin Lənkəran filialında davam etdirib. 2013-cü ildə oxuduğu təhsil ocağını bitirib.

Ali məktəblərə qəbul imtahanında 681 bal toplayaraq Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika  fakültəsinə  qəbul olub.

Prezident təqaüdünə layiq görüldüyünə görə fərəh hissi keçirir. 


Şəhla ALXASOVA,

Azərbaycan Tibb Universitetinin tələbəsi 

1996-cı ildə Şəki şəhərində  anadan olub. 2013-cü ildə  Şəki şəhərindəki 5 nömrəli tam orta məktəbi  bitirib. 

Ali məktəblərə qəbul imtahanında 686 bal toplayaraq Azərbaycan Tibb Unversitetinin müalicə-profilaktika  fakültəsinə qəbul olub.

Prezident təqaüdünə  layiq görülən Şəhla üzərinə düşən məsuliyyəti ciddi dərk edir və  təhsildə daha böyük uğurlar qazanmaq üçün səylə çalışır.  

 

Hazırladı: Şakir CƏFƏROV,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov