Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

18 Aprel 2014 - №14

 

Bakıda Puşkin oxuları keçirilib

 

Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində (RİMM) ənənəvi "Puşkiniana" keçirilmişdir. Müsabiqədə Bakıdan və Azərbaycanın regionlarından məktəblilər iştirak etmişlər.

RİMM-nin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, baxış-müsabiqəni Rusiya səfirliyi, "Rossotrudniçestvo" agentliyinin Bakıdakı nümayəndəliyi, Azərbaycanın Rus İcması və Rusdilli Təhsil Müəssisləri Müəllimləri Assosiasiyası təşkil etmişdir.

"Rossotrudniçestvo" nümayəndəliyinin başçısı Valentin Denisov "Puşkiniana" iştirakçılarını salamlamışdır.

Azərbaycanın hər yerindən gəlmiş orta məktəb, lisey və gimnaziya şagirdləri "Mən özümə əbədi heykəl ucaltdım" sənədli filminə baxdıqdan sonra öz bilik və istedadlarını münsiflər heyəti qarşısında nümayiş etdirmişlər.

"Puşkiniana-2014" layihəsi qaliblərinin təntənəli mükafatlandırma mərasimi A.S.Puşkinin ad gününün və Rus Dili Gününün qeyd olunduğu gün - iyunun 6-da keçiriləcəkdir.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov