Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

18 Aprel 2014 - №14

 

Universitetdə elmi-praktik konfrans

 

Aprelin 16-da Azərbaycan Memarlıq və İnşaat Universitetində Azərbaycan Memarlar İttifaqı ilə birgə    Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunmuş "Tarixi və mədəni irsin tədqiqi, qorunması və istifadəsi" mövzusunda elmi-praktik konfrans keçirilib.  Konfransda AMİU-nun rektoru, Milli Məclisin deputatı, professor Gülçöhrə Məmmədova iştirakçıları bu əlamətdar gün münasibətilə təbrik edib və tədbirin əhəmiyyətindən danışıb.

Bildirilib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra, xüsusilə ümummilli lider Heydər Əliyev ölkəyə başçılıq etdiyi dövrdən başlayaraq xalqımızın tarixi və mədəni irsinə qayğı daim diqqətdə saxlanılır. İndiyə kimi tarix və mədəniyyət abidələrinin tədqiqi, qorunması və istifadəsi sahəsində irihəcmli işlər görülüb. Bir çox arxeoloji abidələr tədqiq olunub, onların gələcək nəsillərə çatdırılması üçün üzərlərində konservasiya işləri aparılıb və dağıntıya məruz qalmış memarlıq abidələri xilas edilib. Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədri E.Qasımzadə, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, tarix üzrə elmlər doktoru M.Rəhimova, Memarlıq və İncəsənət İnstitutunun direktoru, professor Ə. Salamzadə və başqaları  Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə  çıxış edib, Azərbaycanda  tarixi-mədəni irsin tədqiqi və qorunmasının vacibliyindən söz açıblar.

Sonra alim və mütəxəssislərin "Qaracəmirli arxeoloji abidəsinin tədqiqi", "Göytəpə Arxeoloji Parkının araşdırılması və gələcək istifadəsi", "Orta əsr Şəmkir şəhərinin tədqiqi və konservasiyası", "Şəki və Zaqatala regionunun memarlıq irsinin qorunması problemləri", "Azərbərpa" Elmi-Tədqiqat Layihə İnstitutunun memarlıq və arxeoloji irsin bərpası, qorunması üzrə layihə işləri", "Orta əsr Ağsu şəhərinin arxeoloji abidələrinin tədqiqi, qorunması,  istifadəsi", "Abşeron qoruqları" mövzularında məruzələri dinlənilib və  ətraflı müzakirələr aparılıb.  

Şakir CƏFƏROV,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov