Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

25 Aprel 2014 - №15

 

Beyləqan rayonunda uşaq bağçası istifadəyə verilib

 

Beyləqan şəhərində 2 nömrəli körpələr evi-uşaq bağçası üçün inşa edilmiş 55 yerlik yeni bina istifadəyə verilmişdir.

AzərTAc xəbər verir ki, bu münasibətlə keçirilən mərasimdə çıxış edənlər məktəbəqədər tədris müəssisəsinin istifadəyə verilməsinə görə tədbir iştirakçılarını, uşaqları, onların valideynlərini, bağça kollektivini təbrik etmiş, uşaqlara gələcək həyatda müvəffəqiyyətlər və ölkəmiz üçün layiqli övlad olmalarını arzulamışlar.

Bildirilmişdir ki, ölkəmizin hər yerində körpələr evləri, uşaq bağçaları, internat və orta məktəblər tikilir və əsaslı şəkildə yenidən qurulur. Respublikamızın bütün bölgələrində olduğu kimi, Beyləqan şəhərində də yeni inşa olunan uşaq bağçası bu sahədə aparılan islahatların növbəti əyani nümunəsidir. Yaxın günlərdə Heydər Əliyev Fondunun təşəbbüsü ilə daha bir uşaq bağçasının tikintisinə başlanacaqdır.

Tədbirdə çıxış edən ictimaiyyət nümayəndələri göstərilən qayğıya görə ölkə rəhbərliyinə və bağçanın tikintisində əməyi olanlara minnətdarlıqlarını bildirmişlər.

Sonra mərasim iştirakçıları uşaq bağçasında yaradılmış şəraitlə tanış olmuşlar.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov