Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

25 Aprel 2014 - №15

 

Bakı Dövlət Universitetində alimin 75 illik yubileyi qeyd edilib

 

Aprelin 21-də Bakı Dövlət Universitetində Azərbaycan Respublikasının əməkdar hüquqşünası, cinayət hüququ və kriminologiya  kafedrasının  müdiri,  hüquq üzrə elmlər doktoru, professor Firudin Səməndərovun anadan olmasının  75, əmək fəaliyyətinin 45 illiyinin tamam olması münasibətilə tədbir keçirilib. Tədbirdə respublikanın tanınmış ziyalıları, o cümlədən universitetin professor-müəllim heyəti, tələbələri iştirak ediblər. Çıxış edən rektor, akademik Abel Məhərrəmov F.Səməndərovun uzun illərdir ki, universitetdə səmərəli fəaliyyətindən, hüquq elmi sahəsində respublikada və xaricdə tanınıb qəbul  edilməsindən, bir çox  dəyərli elmi əsərlərinin olmasından, dəfələrlə beynəlxalq səviyyəli  konfrans və simpoziumlarda elmi məruzələrlə çıxış etməsindən danışıb.

Daha sonra hüquq fakültəsinin dekanı, professor Əmir Əliyev çıxış edərək Firudin Səməndərovun həyat və yaradıcılıq yolu barədə məlumat verib. AMEA-nın müvafiq institutlarının direktorları, professorlar Misir Mərdanov, Tofiq Hacıyev çıxış ediblər.

Sonda çoxsaylı təbrikləri qəbul edən yubilyar tədbir iştirakçılarına təşəkkürünü bildirib.  

BDU-nun Mətbuat və informasiya şöbəsi

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov