Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

25 Aprel 2014 - №15

 

Azərbaycan Dillər Universitetində Tələbə Elmi Cəmiyyətinin illik  konfransı keçirilir

 

Aprelin 23-də  Azərbaycan Dillər Universitetində (ADU) ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr edilmiş Tələbə Elmi Cəmiyyətinin (TEC) ənənəvi illik konfransı  öz işinə başlayıb. İki gün davam edəcək konfransın plenar iclasını ADU-nun rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov açaraq  rəhbərlik etdiyi ali təhsil ocağının hərtərəfli inkişafından danışıb, bu işdə tələbələrin böyük rolunun olduğunu vurğulayıb.

ADU-da yaradılan əlverişli mühit nəticəsində tələbələrin yüksək elmi vərdişlərə yiyələndiyini qeyd edən rektor  Səməd Seyidov universitetə 2014-2015-ci tədris ilində qəbul planının artırılacağını bildirib.

 Rektor  Prezident İlham Əliyevin 16 aprel 2007-ci il tarixli sərəncamı ilə "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın təsdiq edildiyini qeyd edərək bu mütərəqqi addımın tədris prosesinin səviyyəsinin artırılmasına xidmət etdiyini bildirib.

Qeyd edilib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu təhsil siyasəti nəticəsində hər il  ADU-nun 100-ə yaxın tələbəsi xaricə təhsil almağa göndərilir.

Konfransda Azərbaycanda elmin inkişafına göstərilən dövlət qayğısından danışılıb, ADU-da yüksək səviyyəli mütəxəssislərin yetişdiyi diqqətə çatdırılıb. Bu yaxınlarda  universitetin bir qrup tələbəsinin Erasmus Mundus proqramı çərçivəsində Avropa ölkələrinə təcrübəyə gedəcəkləri, bir sıra beynəlxalq konfranslarda iştirak edəcəkləri bildirilib.

Rektor Səməd Seyidov konfransda çıxış edən ən yaxşı tələbələrin qiymətləndiriləcəyini və onların ADU-da müəllim kimi fəaliyyət göstərəcəyini diqqətə çatdırıb.

ADU-nun elmi işlər üzrə prorektoru, professor Dünyamin Yunusov konfransın gedişatı və strukturu haqqında məlumat verib.  Prorektor bildirib ki,  21 bölmədən ibarət konfransda 800-dən çox  məruzə  dinləniləcək.  Öz işini bölmələrlə davam etdirən konfransın yekun iclası aprelin 25-də olacaq.

Sonra tələbələrin çıxışları dinlənilib. 

ADU-nun İctimaiyyətlə əlaqələr departamenti

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov