Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

25 Aprel 2014 - №15

 

Prezident təqaüdçüləri

Azərbaycan təhsilinin uğurları

 

İnarə MƏMMƏDOVA,

Azərbaycan Respublikasının Prezidenti  yanında Dövlət İdarəçilik Akademiyasının tələbəsi 

1996-cı ildə  Bakı şəhərində anadan olub. 2013-cü ildə Bakıdakı 291 nömrəli "Araz" Ekologiya liseyini qızıl medalla bitirib. Ali məktəblərə qəbul imtahanında  675 bal  toplayaraq Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının siyasi idarəetmə fakültəsinə daxil olub.

Qazandığı nailiyyətlərə görə orta məktəb müəllimlərinə  minnətdarlıq edir və ona göstərilən etimadı doğrultmaq üçün səylə çalışır.

 

 

 

 


 

Elşən MİKAYILOV,

Bakı Ali Neft Məktəbinin tələbəsi 

1996-cı ildə Göyçay rayonunun  Mollahacılı kəndində anadan olub.  2013-cü ildə rayonun Qızılağac kəndində tam orta məktəbi  bitirib.

Ali məktəblərə qəbul imtahanında 682 bal toplayaraq   Bakı Ali Neft Məktəbinin  proseslərin avtomatlaşdırılması ixtisasına qəbul olub.

Dövlətimizin  təhsilə  və  gəncliyə  xüsusi diqqət və qayğısından ruhlanan Elşənin məqsədi ali məktəbi qurtardıqdan sonra təhsilini davam etdirməkdir.

 

 


Aydan AĞAZADƏ,

Azərbaycan Respublikasının Prezidenti  yanında Dövlət İdarəçilik Akademiyasının tələbəsi 

1996-cı ildə İsmayıllı   rayonunun Təzəkənd kəndində anadan olub. 2013-cü ildə rayonun Təzəkənd  kənd tam orta məktəbini bitirib.   

Ali məktəblərə  qəbul imtahanında 687 bal toplayaraq Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının siyasi idarəetmə fakültəsinə daxil olub.   Prezident təqaüdünə layiq görüldüyünə görə Azərbaycan Respublikasının   Prezidenti cənab İlham Əliyevə  öz təşəkkürünü  bildirir.

 

 

  

 


Sərxan QƏDİRZADƏ,

Azərbaycan Diplomatik Akademiyasının tələbəsi 

1995-ci ildə Bakı şəhərində  anadan olub. 2013-cü ildə  Bakı  Türk  Liseyini   bitirib. 

Ali məktəblərə qəbul imtahanında 687 bal toplayaraq  Azərbaycan Diplomatik Akademiyasının   kompüter elmləri fakültəsinə  qəbul olub.

Sərxan dərslərini yaxşı oxumaqla yanaşı,  akademiyanın ictimai işlərində də yaxından iştirak edir.

Təhsildə daha böyük uğurlar qazanmaq üçün öz üzərində ciddi çalışır.

 


Zeynəb ƏHMƏDOVA,

Azərbaycan Diplomatik Akademiyasının tələbəsi  

1997-ci ildə Yevlax rayonunun Səmədabad kəndində  anadan olub. 2013-cü ildə  Səmədabad kənd tam orta məktəbini bitirib. Ali məktəblərə qəbul imtahanında 685 bal toplayaraq  Azərbaycan Diplomatik Akademiyasının   beynəlxalq  münasibətlər  fakültəsinə  qəbul olub.

Prezident təqaüdünə layiq  görüldüyünə görə valideynləri adından dövlət başçısı İlham Əliyevə  minnətdarlıq edir.  

 

 

 

Hazırladı: Şakir CƏFƏROV,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov