Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

25 Aprel 2014 - №15

 

Komandaların məşqçi və futbolçuları məktəblilərlə görüşüb

 

Təhsil Nazirliyinin dəstəyi və AFFA-nın təşkilatçılığı ilə futzal üzrə UEFA kubokunun final mərhələsində iştirak etmək üçün Bakıda səfərdə olan komandaların məşqçi və futbolçu heyətinin məktəblilərlə görüşləri keçirilib.

İspaniyanın "Barselona" klubunun təmsilçiləri "Vətən" Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər Futbol məktəbində, Rusiyanın "Dinamo" klubunun üzvləri Keşlə qəsəbəsindəki 201 nömrəli tam orta məktəbdə, təmsilçimiz "Araz" komandasının üzvləri Xətai rayonundakı 269 nömrəli tam orta məktəbdə, Qazaxıstanın "Kayrat" komandasının oyunçuları 189 nömrəli tam orta məktəbdə olublar. Şagirdlərlə görüşən futbolçular onlara avtoqraf verib, topla davranış bacarıqlarını nümayiş etdirib, həvəskar oyunçulara ustad dərsi keçiblər.

Bu görüşlərdə məqsəd futzalın kütləviliyinin artırılması, uşaq və yeniyetmələrin sağlam həyat tərzinə istiqamətləndirilməsindən ibarətdir.

Böyütmək üçün şəkili seçin

Böyütmək üçün şəkili seçin

Böyütmək üçün şəkili seçin

Böyütmək üçün şəkili seçin Böyütmək üçün şəkili seçin Böyütmək üçün şəkili seçin
 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov