Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

25 Aprel 2014 - №15

 

"Şahinlər" hərbi-idman oyununun qalibləri məlum olub

 

Aprelin 14-də Xəzər rayon Gənclər və İdman İdarəsi və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə böyüməkdə olan nəslin hərbi-vətənpərvərlik tərbiyəsinə diqqət və qayğını daha da artırmaq, məktəb şagirdlərini hərbi idman oyunlarına cəlb etməklə onların ordu sıralarında xidmətə hazırlanmasına kömək göstərilməsi məqsədi ilə rayon məktəbləri arasında "Şahinlər" hərbi-idman oyununun final mərhələsi keçirilib.

Yarışın mükafatlandırma mərasimində Xəzər rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Əliyev, Xəzər rayon Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzinin müdiri Ağaşah Yusifov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin metodisti Bəhram Nağıyev iştirak ediblər.

Qeyd edək ki, yarışda rayon üzrə 29 tam orta məktəbdən 493 nəfər şagird iştirak edib. Yekun nəticədə 123 nömrəli tam orta məktəb I, 26 nömrəli tam orta məktəb II, 149 nömrəli tam orta məktəb III yerə layiq görülüb.   

R.RAMAZANOĞLU,
"Azərbaycan müəllimi" 

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov