Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

2 May 2014 - №16

 

"Abbasqulu Ağa Bakıxanovun 220 illik yubileyinin keçirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin
12 fevral 2014-cü  il tarixli 265 nömrəli Sərəncamının icrası barədə
Azərbaycan Respublikası təhsil nazirinin əmri

 

"Abbasqulu Ağa Bakıxanovun 220 illik yubileyinin keçirilməsi haqqında"  Azərbaycan Respublikası Prezidentinin 12 fevral  2014-cü  il tarixli 265 nömrəli Sərəncamının icrasını təmin etmək  məqsədilə "Azərbaycan Respublikası Təhsil Nazirliyi haqqında Əsasnamə"nin 13.5-ci bəndini rəhbər tutaraq    

ƏMR EDİRƏM: 

1. "Abbasqulu Ağa Bakıxanovun 220 illik yubileyinin keçirilməsi haqqında"  Azərbaycan Respublikası Prezidentinin 12 fevral  2014-cü il  tarixli  265 nömrəli Sərəncamının icrası ilə əlaqədar  Azərbaycan Respublikası Təhsil Nazirliyinin Tədbirlər Planı təsdiq edilsin (əlavə olunur).

2. Naxçıvan  MR Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi, rayon (şəhər) təhsil şöbələri, ali və ümumi təhsil müəssisələrinin rəhbərləri:

2.1. Abbasqulu Ağa Bakıxanovun  yubileyi ilə bağlı təsdiq olunmuş Tədbirlər Planının yerinə yetirilməsini  təmin etsinlər.

2.2. Əmrin icrası ilə bağlı görülmüş işlər barədə 15 dekabr 2014-cü ilədək Təhsil Nazirliyinə  hesabat  təqdim etsinlər.

3. İnformasiya şöbəsi (E.Əliyev) əmrin  əlavəsi ilə birlikdə "Azərbaycan müəllimi" qəzetində dərc olunmasını, əmr və Tədbirlər Planının çoxaldılıb yerlərə göndərilməsini  və  Nazirliyin   internet səhifəsində yerləşdirilməsini təmin etsin.

4. Əmrin icrasına nəzarət nazir müavini C.Bayramova həvalə olunsun.  

Mikayıl CABBAROV,
Azərbaycan Respublikasının təhsil naziri

29 aprel 2014-cü il

 
 
 
Səhifənin başına qalx "Qanunvericilik" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov