Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

2 May 2014 - №16

 

Azərbaycan güləşçiləri beynəlxalq turnirdə altı medal qazanıblar

 

İran İslam Respublikasının Tehran şəhərində yeniyetmələr arasında sərbəst və yunan-Roma güləşi üzrə "Day of children" Beynəlxalq turniri keçirilmişdir.

AzərTAc xəbər verir ki, turnirdə iştirak edən yeniyetmələrdən ibarət yunan-Roma güləşi üzrə Azərbaycan yığması 1 gümüş və 5 bürünc medala sahib olmuşdur.

Məşqçilər İslam Cəfərov və Vüqar Aslanovun rəhbərliyi altında Tehrana yollanan 10 güləşçimizdən 6-sı fəxri kürsüdə yer almışdır. Finaladək maneəsiz irəliləyən Zülfüqar Əliyev (42 kq) gümüş medalla kifayətlənmişdir. Bürünc medalları isə yığmamıza Rəsul Əsgərov (46 kq), İsmayıl Həsənli (50 kq), İqbal Əliyev (76 kq), Xoçbar Xalayev (85 kq) və Kənan Rüstəmov (100 kq) qazandırmışlar.

Komanda hesabında güləşçilərimiz turniri İran yığmasından sonra ikinci sırada tamamlamışlar.

Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Vaqif Zeynallı təmsil etmişdir.

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov