Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

9 May 2014 - №17

 

Ali məktəb tələbələri arasında bədii yaradıcılıq festivalı keçirilib

 

Böyütmək üçün şəkili seçinMayın 7-də Azərbaycan Dövlət Musiqili Teatrında ali məktəb tələbələrinin bədii yaradıcılıq festivalının yekun konserti keçirilib. Təhsil Nazirliyi  ilə Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə qərarı  əsasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibəti ilə keçirilən konsert proqramını təhsil nazirinin müavini Ceyhun Bayramov, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri, millət vəkili Səttar Mehbalıyev, universitet rektorları və digər şəxslər maraqla izləyiblər.

 Konsert proqramının aparıcıları bildiriblər ki, tədbirin əsas məqsədi tələbələri milli-vətənpərvərlik, mədəniyyətimizə, incəsənətimizə, milli adət-ənənələrimizə hörmət ruhunda tərbiyə etmək, onların bədii-estetik səviyyəsini yüksəltməkdir. Festival həmçinin tələbələrin mədəni həyat tərzinin formalaşdırılması işinə kömək göstərmək, incəsənət və mədəniyyətimizin ayrı-ayrı sənət növləri üzrə istedadlı gənclərin  qabiliyyətlərinin inkişaf etdirilməsinə dəstək vermək məqsədi daşıyır.

Festivalda ali məktəblərin əyani şöbələrində təhsil alan tələbələrdən ibarət incəsənətin müvafiq janrları üzrə fəaliyyət göstərən özfəaliyyət yaradıcılıq kollektivləri, dərnək və studiyaları, onlardakı tək ifaçılar, həvəskar müğənni, rəqqaslar, bədii qiraətçi, musiqiçilər iştirak edib. Sonda bir-birindən maraqlı çıxışları ilə seçilən tələbələr səhnədə "Azərbaycan"  mahnısının ifası  ilə həmrəy olduqlarını,  hər birimiz üçün doğma olan Vətənimizi çox sevdiklərini nümayiş etdirib və həmin günü unudulmaz xatirəyə çeviriblər.

Qeyd edək ki, artıq 10 ildir mütəmadi olaraq keçirilən ali məktəb tələbələrinin bədii yaradıcılıq festivalı istedadlı tələbələrin üzə çıxarılmasında mühüm rol oynayıb. Belə ki, "Evrovision-2001" mahnı müsabiqəsinin qalibi Eldar Qasımov və "Evrovision-2009" mahnı müsabiqəsinin üçüncüsü Aysel Teymurzadə  ali məktəb tələbələrinin bədii yaradıcılıq festivalının iştirakçıları olmuşlar.  

Rəşad RAMAZANOĞLU,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov