Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

9 May 2014 - №17

 

Bakı Dövlət Universitetində ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş tədbir

 

Böyütmək üçün şəkili seçinMayın 5-də Bakı Dövlət Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbiri giriş sözü ilə universitetin rektoru, akademik Abel Məhərrəmov açaraq ulu öndərin vətən, xalq qarşısındakı tarixi xidmətlərindən bəhs edib. Bildirib ki, ulu öndərin 91 illik yubileyi ilə əlaqədar keçirilən müxtəlif tədbirlərlə Azərbaycan xalqı dövlətçiliyin, milli mənəvi dəyərlərin qorunub saxlanması, azərbaycançılığın güclənməsi, ölkənin inkişafı müstəvisində hesabatlar verir. Rektor qeyd edib ki, hər dəfə dediyim bir fikri bu dəfə də təkrar etmək istəyirəm: xoşbəxt o xalqdır ki, onun ümummilli lideri var. Xalq o vaxt daha da xoşbəxt olur ki, bu siyasi kurs ölkədə uğurla davam etdirilir. Biz eyni zamanda fəxr edirik ki, Heydər Əliyev Bakı Dövlət Universitetinin məzunu və fəxri doktoru olub.

Sonra Azərbaycan Respublikası Prezidenti Administrasiyası İctimai-siyasi məsələlər  şöbəsinin müdiri, professor Əli Həsənov "Heydər Əliyev: Azərbaycanın XXI əsrdə əsas geosiyasi vəzifələri" mövzusunda məruzə edib.

BDU-nun Gənc Alimlər Şurasının ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə elan etdiyi müsabiqə qalibləri mükafatlandırılıb.

Sonra professor Əli Həsənovun iştirakı ilə müəllifi olduğu "Geosiyasət" kitabı BDU-nun kitabxanasına və beynəlxalq münasibətlər fakültəsinin tələbələrinə hədiyyə edilib.  

BDU-nun Mətbuat və informasiya şöbəsi

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov