Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

9 May 2014 - №17

 

"ADA" Universiteti ilə Türkiyənin Giresun Universiteti arasında əməkdaşlıq haqqında memorandum imzalanıb

 

Böyütmək üçün şəkili seçin"ADA" Universiteti ilə Türkiyənin Giresun Universiteti arasında akademik və mədəni əlaqələrin yaradılması və genişləndirilməsi məqsədi ilə əməkdaşlıq memorandumu imzalanmışdır.

"ADA" Universitetindən AzərTAc-a bildirilmişdir ki, memorandumda hər iki universitetin professor-müəllim heyətinin, o cümlədən tədqiqatçıların və tələbələrin mübadiləsi, tədqiqat layihələrində qarşılıqlı iştirak, birgə elmi konfransların, forumların və mədəni tədbirlərin təşkili, yay proqramlarında qarşılıqlı iştirak, distant təhsil proqramlarının yaradılması, kitab və digər elmi resursların mübadiləsi nəzərdə tutulur.

Memorandum "ADA" Universitetinin rektoru Hafiz Paşayev və Giresun Universitetinin rektoru Aygün Attar tərəfindən imzalanmışdır.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov