Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

9 May 2014 - №17

 

Sumqayıtda məktəblilərin təntənəli hərbi paradını şəhər sakinləri maraqla izlədi

 

Böyütmək üçün şəkili seçinHər il olduğu kimi, bu ildə də ümummilli lider Heydər Əliyevin doğum günü şəhərimizin idarə və müəssisələrində, təhsil, səhiyyə, mədəniyyət ocaqlarında və bütün əmək kollektivlərində yüksək səviyyədə qeyd edildi. 

Müstəqil Azərbaycan dövlətinin banisi Heydər Əliyev dövlətçiliyin əsas atributlarından biri kimi milli ordu quruculuğuna çox böyük diqqət yetirmiş, hər kəsin bu sahəyə qayğı və həssaslıqla yanaşmasını tövsiyə etmişdir.

Ulu öndərin tövsiyələrinə uyğun olaraq gənclər arasında milli orduya sevgini və inamı artırmaq, gələcəyin nümunəvi əsgərini yetişdirmək, sözün əsl mənasında vətənpərvər olmağı təbliğ etmək məqsədilə Sumqayıt məktəblərində şagirdlərin hərbi-vətənpərvərlik tərbiyəsi işinə xüsusi önəm verilir, "Azərbaycanın dövlətçilik tarixi" mövzusunda silsilə tədbirlər çərçivəsində konfranslar, müxtəlif idman oyunları, yarışlar və hərbi paradlar keçirilir.

Bu tədbirlərin yekunu olan mayın 6-da ulu öndərin abidəsi önündə təşkil olunmuş paradda Sumqayıt şəhərinin tam orta məktəblərini təmsil edən 47 məktəbin  "Şahin" komandaları,  ibtidai siniflərdə təhsil alan balaca "hərbçilər" də  olmaqla 3 mindən çox məktəbli iştirak etmişdir. Paradda yuxarı sinif şagirdləri ilə yanaşı, milli ordunun texnika və əsgərləri, hərbi orkestr, texniki yaradıcılıqla məşğul olan uşaqların düzəltdikləri tank və digər hərbi texnika  və 20 atlı dəstə də  iştirak etmişlər.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, şəhərin ayrı-ayrı idarə və təşkilatlarının, hüquq-mühafizə orqanlarının rəhbərləri, müharibə veteranları, təhsil işçiləri, məktəblilər, ümumiyyətlə, 10 minlərlə şəhər  sakini paradı izləmişdir. Məktəblilərin paradı ulu öndər Heydər Əliyevin əzəmətli abidəsi önündən keçərək şəhərin küçələri boyunca müxtəlif istiqamətlərdə hərəkət etmişdir ki, bu da şəhər sakinlərində, ictimaiyyətdə böyük ruh yüksəkliyi yaratmış, gənclərimizin hərbi-vətənpərvərlik ruhunu daha da artırmışdır.  

Sumqayıt Şəhər Təhsil Şöbəsinin Mətbuat xidməti

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov