Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

9 May 2014 - №17

 

18 nömrəli Bakı Peşə Liseyində hərbi marş və təntənəli andiçmə mərasimi

 

Böyütmək üçün şəkili seçinMayın 7-də 18 nömrəli Bakı Peşə Liseyində ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş hərbi marş və təntənəli andiçmə mərasimi keçirilib.

Tədbirdə Təhsil Nazirliyinin, Binəqədi Rayon İcra Hakimiyyətinin, Vergilər Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndələri və valideynlər iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət bayrağı meydana gətirilib və Dövlət himni səsləndirilib. Şagirdlər hərbi marşla tamaşaçıların önündən keçib və təntənəli surətdə hərbi and içiblər.

Mərasimin rəsmi hissəsində çıxış edən qonaqlar gənclərə hərbi-vətənpərvərlik hisslərinin aşılanmasında belə tədbirlərin keçirilməsinin zəruriliyini vurğulayıblar.

Tədbirdə daha fəal iştirak edən bir qrup şagird liseyin Fəxri fərmanı və döş nişanı ilə təltif olunub.

Sonra şagirdlər ümummilli liderin xatirəsinə həsr etdikləri ədəbi-bədii kompozisiyanı nümayiş etdiriblər.

Tədbir iştirakçıları şagirdlərin əl işləri və rəsmləri, eləcə də təhsil müəssisəsində yaradılmış müasir maddi-texniki baza ilə yaxından tanış olublar. 

www.edu.gov.az

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov