Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

9 May 2014 - №17

 

Kollecdə ulu öndərə həsr olunmuş konsert

 

Böyütmək üçün şəkili seçinMayın 6-da Bakı Humanitar Kollecində  ümummilli lider Heydər Əliyevin  anadan olmasının 91-ci ildönümünə həsr olunmuş mədəni-maarif və musiqi  şöbəsi tələbələrinin  hazırladıqları musiqili hesabat tədbiri keçirilib.  İştirakçılar əvvəlcə ulu öndər Heydər Əliyevin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Sonra kollecin foyesində dekorativ - tətbiqi incəsənət və xalq sənəti ixtisası üzrə təhsil alan tələbələrin əl işlərindən ibarət sərgiyə baxış olub. 

Tədbirin aparıcıları olan  bədii yaradıcılıq işi üzrə təhsil alan IV kurs tələbəsi Röyal Allahverdiyeva və II kurs tələbəsi Hicran Bayramova  müstəqil Azərbaycanın memarı, ümummilli lider Heydər Əliyevin həyatı və dövlət quruculuğu sahəsindəki fəaliyyətindən danışıblar. Tələbələrin ulu öndərə aid  hazırladıqları film nümayiş olunub. Aparıcılar mədəni-maarif və musiqi şöbəsi haqqında məlumat verərək bildiriblər ki, şöbədə instrumental ifaçılıq (fortepiano), xalq çalğı alətləri, xanəndəlik, bədii yaradıcılıq, dekorativ-tətbiqi  incəsənət və xalq sənəti ixtisasları üzrə kadrlar hazırlanır.

Konsertdə fortepiano, qarmon, skripka, kanon ifaçılarından IV Respublika muğam müsabiqəsinin diplomantı Dürdanə Keytiyeva, tələbələrdən Rüstəm Əyyublu, Şamo Nəbiyev, Əliş Cəfərli, Esmira Mikayılzadə Azərbaycan muğamlarını məharətlə ifa ediblər. Həmçinin tədbirdə kollecin məzunları, hazırda respublikanın nüfuzlu ali təhsil müəssisələrində təhsil alan tələbələr də iştirak edərək xalq mahnılarını  ifa ediblər.

Tədbirdə iştirak edən mədəni-maarif və musiqi şöbəsinin müdiri Rasim Mehdiyev  ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycanın memarı və qurucusu kimi misilsiz xidmətlərindən danışıb.  Tədbirin təşkilində  əməyi olan Mətanət Şiriyeva və Məhəmməd Dəvəliyə təşəkkür bildirilib.  

Rəşad RAMAZANOĞLU,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov