Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

9 May 2014 - №17

 

Kollecdə xatirə turnirinə yekun vurulub

 

Bakı Qida Sənayesi Kollecinin "Gənclərin çağırışaqədərki hazırlığı və fiziki tərbiyə" fənn birləşməsinin tədbirlər planına uyğun olaraq ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş "Vətəni müdafiə etmək hər bir vətəndaşın borcudur" devizi altında tələbələr arasında pnevmatik tüfəngdən güllə atıcılığı və oğlanlar arasında dama yarışı keçirilmişdir.

"Atəş" komandası üzrə hər bir tələbə 5 güllə ilə atəş açmaqla mümkün olan 50 xal toplamalı idi.

Yarışda ən yaxşı nəticəni 580 r qrupunun tələbəsi Elşən Tacızadə göstərmişdir. İkinci və üçüncü yerlərə 580 r və 561-ci qrupun tələbələri Vladimir Puçkov və Rahib Mikayılov çıxmışdır.

Dama yarışında ilkin oyunlardan sonra finalda 12 tələbə qələbə uğrunda yarışmışdır. Dairəvi keçirilən oyunda 1382-ci qrupun (qiyabi) tələbəsi İsa İsmayılov birinciliyin qalibi olmuşdur.

İkinci yeri 581 r qrupunun tələbəsi Əliyar Abbasov, üçüncü yeri isə 578-ci qrupun tələbəsi Həsənağa Xıdırov tutmuşdur. 

Akif KƏRİMLİ

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov