Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

9 May 2014 - №17

 

Yeniləşən Azərbaycana yeni məktəb

Yevlax rayonu Kövər kənd orta məktəbi

 

Böyütmək üçün şəkili seçin Yevlax rayonu Kövər kənd orta məktəbi Heydər Əliyev Fondunun "Yeniləşən Azərbaycana yeni məktəb" proqramı çərçivəsində yenidən qurulub. 2013-cü il sentyabrın 16-da məktəb istifadəyə verilib.

Üçmərtəbəli məktəb binasının ümumi sahəsi 3624,23 kvadratmetr, tikinti sahəsi isə 1597,16 kvadratmetr təşkil edir. Məktəb binasında su, kanalizasiya, istilik, elektrik, havalandırma sistemləri yenidən qurulub, yanğın siqnalizasiyası quraşdırılıb, yanğın postları yenisi ilə əvəz olunub. Məktəbdə kitabxana, üç əmək otağı (metal emalı, ağac emalı, dərzilik və kulinariya), silah otağı, hərbi hazırlıq otağı, kompüter otağı, akt zalı, laboratoriyalar, idman zalı, yeməkxana, bufetlər yaradılıb, bütün otaqlar təyinatlarına görə müasir tələblərə cavab verən avadanlıqlarla təchiz olunub.

Məktəb binasının içməli su və yanğına qarşı su ilə daima təmin olunması üçün mövcud iki ədəd 100 kubmetrlik yeraltı su anbarları və nasosxana təmir olunub.

Ərazidə idman meydançası salınıb, abadlıq işləri aparılıb, yaşıllıqlar salınıb və məktəbin hasarı yenidən inşa olunub.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov