Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

16 May 2014 - №18

 

Azərbaycan Dövlət İqtisad Universitetində SABAH qrupları ilə bağlı təqdimat

 

Böyütmək üçün şəkili seçinMayın 12-də Təhsil Nazirliyinin nümayəndələri Azərbaycan Dövlət İqtisad Universitetində SABAH qrupları ilə bağlı təqdimat keçirib.

Təqdimatdan əvvəl universitetin rektoru Ədalət Muradov çıxış edərək SABAH qruplarının yaradılmasının əhəmiyyətini açıqlayıb. Rektor Azərbaycan Dövlət İqtisad Universitetində 9 ixtisas üzrə SABAH baza qruplarının yaradılacağını xatırladıb.

Təhsil Nazirliyinin sektor müdiri Sülhəddin Gözəlov SABAH qrupları ilə bağlı geniş məlumat verib. Yeni qrupların yaradılması təhsilin keyfiyyətinin daha da yüksəldilməsi, müasir tələblərə uyğun kadrların sayının artırılması istiqamətində əhəmiyyətli addım olacaq.

Qeyd olunub ki, SABAH qrupları 8 daha müasir ali təhsil müəssisəsinin bazasında yaradılacaq. Birinci semestrdə 61-dən çox bal yığan tələbələr SABAH qrupuna daxil olmaq şansı qazanacaqlar. Bunun üçün onlar www.sabah.edu.az saytı vasitəsilə elektron ərizə verməli və müsabiqədə iştirak etməlidirlər.

Təhsil Nazirliyinin nümayəndələri SABAH qrupları layihəsi ilə bağlı təqdimatı keçirdikdən sonra universitetin müəllim-professor heyətinin və tələbələrin çoxsaylı suallarını cavablandırıblar.

Tələbələri daha çox maraqlandıran suallarla əlaqədar bildirilib ki, SABAH qruplarında təhsil alanlar ödənişli və ya dövlət sifarişi ilə oxumasından asılı olmayaraq təqaüd alacaqlar. Eyni zamanda həmin qruplarda təhsil alan və aztəminatlı ailədən olan tələbələr yataqxana ilə təmin olunacaqlar. Qrupun tələbələri üçün mütəmadi olaraq ictimai xadimlərlə, şirkət rəhbərləri ilə, dövlət qurumlarının təmsilçiləri ilə görüşlər təşkil ediləcək. SABAHın fərqlənənləri xarici ölkələrdə təcrübəyə göndəriləcək.  

www.edu.gov.az

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov