Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

16 May 2014 - №18

 

Yeniləşən Azərbaycana yeni məktəb

 

Böyütmək üçün şəkili seçinBakı şəhəri Xətai rayonu akademik Zərifə Əliyeva adına uşaq bağçası

Bakı şəhəri Xətai rayonundakı akademik Zərifə Əliyeva adına uşaq bağçası Heydər Əliyev Fondu tərəfindən inşa edilib. 2013-cü il oktyabrın 1-də Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva bağçanın açılışında iştirak edib.

Müxtəlif yaşlı 8 qrup üçün nəzərdə tutulan bağçada yataq, yemək, dərs, musiqi, rəsm, əl işləri, kompüter, tibb və müəllimlər otaqları mövcuddur. Otaqlardakı ekoloji cəhətdən təmiz materiallardan hazırlanan yataq dəstləri, oyuncaqlar və dərs ləvazimatları bütün sanitar-gigiyenik norma və standartlara cavab verir.

Bağçada uşaqların asudə vaxtlarının təşkili, eyni zamanda, əylənmələri üçün hovuz, idman, oyun və müxtəlif tədbirlərin keçirilməsi üçün zallar var.

Bağçanın həyətində köşklər, yay amfiteatrı, yelləncəklər, batut və digər əyləncə vasitələri quraşdırılıb.

Bağça mərkəzləşdirilmiş nəzarət kameraları ilə təchiz olunub.

Böyütmək üçün şəkili seçin Böyütmək üçün şəkili seçin
Böyütmək üçün şəkili seçin Böyütmək üçün şəkili seçin
 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov