Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

23 May 2014 - №19

 

Bakı Dövlət Universitetində gənc alimlərin və tədqiqatçıların 4-cü Beynəlxalq elmi konfransı

 

Böyütmək üçün şəkili seçin Mayın 16-da Bakı Dövlət Universitetində ulu öndər Heydər Əliyevin  anadan olmasının 91-ci ildönümünə həsr olunmuş gənc alimlərin və tədqiqatçıların "Müasir biologiyanın innovasiya problemləri" mövzusunda 4-cü Beynəlxalq elmi konfransı keçirilib.

Konfransı giriş sözü ilə açan universitetin rektoru, akademik Abel Məhərrəmov onun əhəmiyyətindən danışıb, ümummilli lider Heydər Əliyevin vətən və xalq qarşısındakı xidmətlərindən bəhs edib. Qeyd edib ki,  xoşbəxt o xalqdır ki, onun ümummilli lideri var, xalq o vaxt daha da xoşbəxt olur ki, bu siyasi kurs ölkədə uğurla davam etdirilir. Biz eyni zamanda fəxr edirik ki, ulu öndər Bakı Dövlət Universitetinin məzunu və fəxri doktoru olub.

Sonra Milli Məclisin deputatı,  professor Kamilə Əliyeva "Ulu öndər  Heydər Əliyevin təhsilin inkişafındakı rolu", biologiya fakültəsinin dekanı, professor Akif Quliyev "Müasir biologiyanın son nailiyyətləri" mövsuzunda məruzələrlə çıxış ediblər.

Konfrans işini bölmə iclaslarında davam etdirib. "Bitki fiziologiyası, biokimya, biofizika, molekulyar biologiya", "Zoologiya", "İnsan və heyvan zoologiyası və genetika", "Botanika və mikrobiologiya" bölmələrində ümumilikdə  134 məruzə dinlənilib.  

Mətbuat və informasiya şöbəsi

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov