Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

23 May 2014 - №19

 
Təhsilimizin uğurları

Azərbaycanlı gənc rəssam beynəlxalq rəsm sərgisinin mükafatçısı olub

 

Böyütmək üçün şəkili seçinTəhsil Nazirliyinin Nizami  rayon  Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin 16 gənc  rəssamı Norveçdə keçirilən  "Geniş  ata  dünyası"  beynəlxalq rəsm sərgisinin  mükafatçıları sırasına  daxil  olub.

Oslo Beynəlxalq Uşaqların Rəsm Muzeyi tərəfindən 16 gənc azərbaycanlı rəssama sərgidəki nailiyyətlərinə görə sertifikat göndərilib və Nizami  Rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinə həmin layihədə fəal iştirakına görə təşəkkür bildirilib. Eyni zamanda keçiriləcək növbəti rəsm sərgisində iştirak etmək üçün təşkilat komitəsi tərəfindən mərkəzə dəvət məktubu gəlib.

Qeyd edək ki, Norveçin Oslo şəhərindəki Beynəlxalq Uşaqların Rəsm Muzeyi tərəfindən keçirilən "Geniş ata dünyası" beynəlxalq layihəsində iştirak etmək məqsədilə Nizami rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin "Rəsm" studiyasının 18 yaşadək olan üzvləri bu mövzuda rəsm işləri çəkib və əsərlər Norveçə göndərilib. Bu ilin əvvəlində Beynəlxalq Uşaqların Rəsm Muzeyində "Geniş ata dünyası" mövzusunda dünyanın müxtəlif ölkələrinin uşaqları tərəfindən göndərilmiş rəsm əsərlərinin yekun sərgisi keçirilib. Mütəxəssislərin rəyinə əsasən, Təhsil Nazirliyinin Nizami rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin 16 gənc rəssamı sertifikata layiq görülüb.

Gənc rəssamlarımızı təbrik edir və onlardan yeni-yeni uğurlar gözləyirik.

www.edu.gov.az

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov