Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

23 May 2014 - №19

 
Təhsilimizin uğurları

Gənclər arasında Avropa kubokunun sahibi

 

Böyütmək üçün şəkili seçinQurbanlı Ayşə Ələddin qızı 1993-cü il mayın 28-də Bakı şəhərində anadan olub. 2010-cu ildə Bakıdakı 10 nömrəli tam orta məktəbi bitirib.  Uşaq yaşlarından idmana böyük maraq göstərən Ayşə valideynlərinin razılığı və dəstəyi ilə 2002-ci ildə 9 yaşında cüdo idman növü ilə məşğul olmağa  başlayıb. 2007-ci ilə kimi idman cəmiyyətləri arasında keçirilən bir çox yarışlarda iştirak edərək yüksək nəticələr göstərib.

2008-ci ildə  9 nömrəli Uşaq-Gənclər İdman Məktəbində təcrübəli məşqçi-müəllim Teyyub Məmmədxanlıdan cüdonun sirlərini daha mükəmməl öyrənməyə başlayıb.

Dəfələrlə yeniyetmələr arasında cüdo üzrə keçirilən Azərbaycan birinciliyinin qalibidir. Beynəlxalq turnirlərdə dəfələrlə iştirak edib.  2008-2009-cu illərdə beynəlxalq  turnirin birincisi,  Türkiyədə keçirilən Avropa kubokunun qalibi olub. 2013-cü il 12-14 iyul tarixlərində isə Polşada  Beynəlxalq Cüdo Federasiyası tərəfindən gənclər arasında keçirilən Avropa kuboku uğrunda yarışda 48 kq çəki dərəcəsi üzrə  fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Hazırda Azərbaycanın cüdo üzrə milli yığma komandasının tərkibində məşqlər keçərək daha böyük qələbələrə hazırlaşır. Ən böyük arzusu dünya və olimpiya çempionu olmaqdır. Biz də  bu çətin və şərəfli  işində ona uğurlar arzulayırıq.  

R.RAMAZANOĞLU,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov