Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

23 May 2014 - №19

 

Məktəbdə bayram şənliyi

 

Böyütmək üçün şəkili seçinMayın 20-də Bakıdakı 182 nömrəli tam orta məktəbdə 28 May Respublika Gününə həsr olunmuş tədbir keçirildi. Dövlət himni ifa olunduqdan sonra bayram tədbiri ulu öndər Heydər Əliyevin təhsillə, vətənimizin müstəqilliyi, gənclərə vətənpərvərlik hissinin aşılanması ilə bağlı söylədiyi müdrik kəlamların səsləndirilməsi ilə başladı. Tədbirin aparıcıları olan yuxarı sinif şagirdləri Azərbaycan Cümhuriyyətinin yaranması, müstəqilliyimizin əldə olunduğu tarixi şərait, ADR-in fəaliyyəti, onun qəbul etdiyi dövlət bayrağı, himni haqqında geniş məlumat verdilər.

Məktəbin direktoru Zinyət Tağıyeva 28 May Respublika Günü münasibətilə tədbir iştirakçılarını təbrik etdi. Vurğulandı ki,  tarixin ağır sınaqlarından çıxmış respublikamız əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş inkişaf yolu ilə uğurla irəliləyir, regionda və dünyada öz mövqeyini daha da möhkəmləndirir.  1990-cı illərin əvvəllərində müstəqillik əldə etmiş müasir Azərbaycan Respublikası məhz ulu öndər Heydər Əliyevin rəhbərliyi, onun siyasi iradəsi sayəsində mürəkkəb vəziyyətdə öz müstəqilliyini və suverenliyini qorumağı və möhkəmləndirməyi bacardı, dövlətçiliyin qorunması üçün qətiyyətli tədbirlər görüldü. Bu gün Prezident  İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikasında demokratik, hüquqi, dünyəvi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesi uğurla davam etdirilir.

Sonra istedadlı uşaqlar Vətənə, məktəbə, müstəqilliyimizə həsr olunmuş şeirlər söylədilər, mahnılar,  rəqslər ifa etdilər, səhnəciklər göstərdilər. Milli Qəhrəman Mübariz İbrahimov və başqalarının şücaətindən danışdılar, onların yolunu gedəcəklərinə, Vətənimizin azadlığı, suverenliyi naminə lazım gələrsə canlarından keçəcəklərinə söz verdilər. 

Rəşad RAMAZANOĞLU,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov