Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

30 May 2014 - №20

 

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva UNESCO-nun Baş Konfransının sədri ilə görüşüb

 

Böyütmək üçün şəkili seçinMayın 29-da Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, xoşməramlı səfir Mehriban Əliyeva UNESCO-nun Baş Konfransının sədri Hao Pinq ilə görüşmüşdür.

Mehriban Əliyeva qonağı ölkəmizdə salamlamaqdan məmnunluğunu bildirərək həm Azərbaycan dövlətinin, həm də Heydər Əliyev Fondunun UNESCO ilə əlaqələrinin çox yüksək səviyyədə olduğunu qeyd etdi. "Mənim üçün şərəfdir ki, 10 ilə yaxındır UNESCO-nun xoşməramlı səfiriyəm", - deyən Azərbaycanın birinci xanımı əlaqələrimizin ildən-ilə daha da genişlənərək yüksək səviyyəyə çatdığını bildirdi.

Heydər Əliyev Fondunun təkcə Azərbaycanda deyil, digər ölkələrdə də UNESCO ilə birgə layihələr həyata keçirdiyini diqqətə çatdıran Mehriban Əliyeva əminliklə vurğuladı ki, bu əməkdaşlıq gələcəkdə də inkişaf etdiriləcək və yeni layihələr reallaşdırılacaqdır.

Yüksək qonaqpərvərliyə görə təşəkkürünü bildirən Hao Pinq UNESCO-nun baş direktoru İrina Bokovanın və təşkilatın xüsusi elçisi, Çinin birinci xanımı Pen Liyuanın salamlarını Mehriban Əliyevaya çatdırdı.

Hao Pinq Azərbaycanın birinci xanımının rəhbərlik etdiyi Heydər Əliyev Fondunun UNESCO ilə birgə elm, təhsil və mədəniyyət sahələrində həyata keçirdiyi layihələrlə əlaqələrin inkişafına böyük töhfə verdiyini diqqətə çatdırdı.

Qonaq ölkəmizin və paytaxt Bakının inkişafından məmnunluğunu vurğuladı. 

AzərTAc

 
 
 
Səhifənin başına qalx "Heydər Əliyev Fondu" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov