Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

30 May 2014 - №20

 

Bu il XI sinifləri 86797 şagird bitirəcək

 

Böyütmək üçün şəkili seçin Təhsilimizdə iz qoyacaq bir sıra hadisələrlə zəngin olan 2013-2014-cü tədris ili başa çatır. Bu münasibətlə bu gündən başlayaraq bütün tədris ocaqlarında məzunlara ən kövrək anlar yaşadacaq və onların yaddaşında ömürlük qalacaq "Son zəng" tədbirləri keçiriləcək. Məktəb həyatına əlvida deyəcək gənclər doğma, əziz müəllimlərindən son məsləhət və tövsiyələr eşidəcək, müstəqil həyatlarının astanasında onlara ünvanlanmış təbrikləri qəbul edəcəklər.

Təhsil Nazirliyindən aldığımız məlumata görə, 2013-2014-cü tədris ilində respublikanın ümumtəhsil məktəblərinin IX siniflərini 118206, XI siniflərini 86797 nəfər, qiyabi və axşam məktəblərinin XII siniflərini isə 754 nəfər şagird bitirəcək.

Paytaxtın ümumtəhsil müəssisələrində bu il IX sinif üzrə 27729, XI sinif üzrə isə 20411 şagird məzun olacaq.

2014-2015-ci tədris ilində I sinfə qəbul olunacaq şagirdlərin sayı üzrə proqnoz 138000 nəfərdir.

Xatırladaq ki, ötən il ölkənin ümumtəhsil müəssisələrinin XI siniflərini 91484 şagird bitirmişdir.

Məzunları təbrik edir, gələcək həyatlarında və təhsillərində uğurlar arzulayırıq.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov