Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

30 May 2014 - №20

 

"Təhsil Kuboku" uğrunda futbol yarışının final mərhələsi

 

Böyütmək üçün şəkili seçinMayın 28-də "Bayıl Arena" stadionunda Təhsil Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) və Azərbaycan Tələbə Futbol Federasiyasının (ATFF) birgə təşkilatçılığı ilə "Təhsil Kuboku" uğrunda futbol yarışının final mərhələsi keçirilib.

Dövlət himninin səsləndirilməsindən sonra Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının futbol komandaları arasında  final görüşü başlayıb. Gərgin mübarizə şəraitində keçən oyunun əsas hissəsində hesab açılmayıb. Hakimlərin qərarı ilə ayrılmış əlavə vaxtda da qalibi müəyyən etmək  mümkün olmayıb. Qapılara təyin edilmiş 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının futbol komandası 4:1 hesabı ilə Bakı Dövlət Universitetinin komandasına üstün gələrək  yarışın qalibi olub.

Aprelin 5-dən başlayaraq 29 ali məktəbin futbol komandaları arasında keçirilən futbol yarışının nəticələrinə görə,  Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası I yerə -"Təhsil Kuboku"na layiq görülüb. Bakı Dövlət  Universitetinin futbol komandası II, Azərbaycan Dövlət İqtisad Universitetinin komandası III,  Azərbaycan Dövlət Neft Akademiyasının komandası isə IV yeri tutub.

 Daha sonra qalib komandaların mükafatlandırılması mərasimi keçirilib. Təhsil Nazirliyi, ATFF və AFFA rəsmilərinin, Milli Məclisin üzvlərinin və idman ictimaiyyətinin  nümayəndələrinin iştirak etdiyi mərasimdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının futbol komandasına "Təhsil Kuboku" təqdim edilib.

İlk 4 yeri tutan komandalar Təhsil Nazirliyi tərəfindən fəxri fərmanla təltif olunub və onlara hədiyyələr verilib. Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Azərbaycan Tələbə Futbol Federasiyası Kubokun qaliblərinə pul mükafatı təqdim edib. 

Oruc MUSTAFAYEV,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov