Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

30 May 2014 - №20

 

Moskva Dövlət Universitetinin Bakı filialında "Açıq qapı" günü

 

 Mayın 22-də M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialında "Açıq qapı" günü keçirilmişdir.

AzərTAc xəbər verir ki, tədbirdə MDU-nun kuratorları, Bakı filialının rəhbərləri, müəllimləri və tələbələri, abituriyentlər və onların valideynləri, jurnalistlər iştirak etmişlər.

Universitetdə hər il "Açıq qapı" gününün keçirilməsində məqsəd tədris prosesi, fakültələr, qəbul qaydaları barədə abituriyentlərə və valideynlərə məlumat verməkdir. MDU-nun Bakı filialında tədris rus dilindədir. Tələbələr pulsuz təhsil alır və təhsil müddətində təqaüdlə təmin olunurlar. Ali məktəbdə tədris forması əyanidir.

Bakı filialının elmi iş üzrə prorektoru Azad Tağızadə qeyd etmişdir ki, hazırda filialda 5 fakültə - rus dili və ədəbiyyatı və roman-german filologiyası (ingilis, fransız, italyan, ispan dili və ədəbiyyatı) şöbələri üzrə filologiya, kimya, tətbiqi riyaziyyat, psixologiya, habelə iki bölməsi (iqtisadiyyat və menecment) olan iqtisadiyyat fakültəsi fəaliyyət göstərir.

Ali məktəbin qəbul imtahan komissiyasının məsul katibi Aleksey Popov qeyd etmişdir ki, 5 fakültədə 385 tələbə, 45 magistrant (cəmi 430 nəfər) təhsil alır. 2014-cü ildə 87 bakalavr və 18 magistr məzun olacaqdır. Hər bir fakültəyə qəbul planı 25 nəfərdir. Filialın məzunlarına MDU-nun diplomu verilir. A.Popov demişdir: "2012-ci ildən Bakı filialında magistratura bölməsi fəaliyyət göstərir. Magistraturaya qəbul filologiya, tətbiqi riyaziyyat, kimya və psixologiya istiqamətləri üzrə həyata keçirilir. Bu il MDU-nun iqtisadiyyat fakültəsi (MDU İF) magistraturaya pullu əsasda qəbul keçirir. MDU-nun Bakı filialı və İF güzəştli təhsil üçün müsabiqə elan etmişlər. Müsabiqənin nəticələrinə əsasən 8 nəfər seçiləcəkdir. MDU İF onların ekspres-kurslarda təhsil və yataqxanada qalma haqqını ödəyəcəkdir. Magistraturaya qəbul imtahanlarını müvəffəqiyyətlə verənlərin gələcəkdə MDU İF-in magistraturasında təhsil və yaşayış haqqının ödənilməsi məsələsində onlara sponsorluq yardımı göstəriləcəkdir".

2012-ci ildə Xocəsən qəsəbəsində filialın yeni kampusu açılmışdır. Orada hər cür şərait - tədris və idman kompleksləri, 200 nəfərlik üçmərtəbəli iki yataqxana, 60 nəfər müəllim üçün iki yaşayış korpusu, laboratoriyalar, kitabxana və s. yaradılmışdır.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov