Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

30 May 2014 - №20

 

"Xəzər: ətraf mühit üçün texnologiyalar" sərgisi keçiriləcək

 

 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə 19-21 noyabr 2014-cü il tarixində Bakı Ekspo Mərkəzində "Xəzər: ətraf mühit üçün texnologiyalar" 5-ci Yubiley Ətraf Mühit Sərgisi (CTE) keçiriləcək. Qeyd edək ki, sərgidə müxtəlif beynəlxalq və yerli şirkətlər, həmçinin dövlət və qeyri-hökumət təşkilatları iştirak edəcək.

Nəzərə çatdıraq ki, Xəzəryanı və Qafqaz regionlarında mühüm hadisə olaraq, ətraf mühitin mühafizəsi üzrə keçirilən CTE - "Xəzər: ətraf mühit üçün texnologiyalar" beynəlxalq  sərgisi 5 illik ugurlu iş fəaliyyətinin ilk yubileyini qeyd edir. CTE sərgisi ətraf mühitin qorunması və təbiətdən rasional istifadə olunması sahəsində innovasiyalı ixtiraları kompleks şəkildə təqdim edir. Azərbaycanda biznesin inkişafı üçün ən əlverişli vasitə olan CTE sərgisi çərçivəsində yeni tərəfdaş axtarışı, bazarın təhlili, istehlakçılar ilə effektiv iş aparmaq üçün şərait yaradılır. 

Niyazi RƏHİMOV,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov