Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

30 May 2014 - №20

 

Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin müəllim və şagirdlərinin bayram konserti

 

Böyütmək üçün şəkili seçinMayın 27-də Azərbaycan Dövlət Filarmoniyasında Q.Qarayev adına Azərbaycan Dövlət  Kamera Orkestri, Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin müəllim və şagirdlərinin  28 may Respublika Gününə həsr olunmuş konserti keçirildi.  Konsertdə Təhsil Nazirliyinin Aparat   rəhbəri Mətin Eynullayev, nazirin müşaviri Ağababa İbrahimov və digər şəxslər iştirak edirdilər.

 Q.Qarayev adına Azərbaycan Dövlət  Kamera Orkestrinin  bədii rəhbəri və baş dirijoru, Azərbaycan Respublikasının xalq artisti, Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin  direktoru Teymur Göyçayevin rəhbərliyi ilə keçirilən konsertdə F.Şopen, Q.Pyerne, S.Raxmaninov, P.Sarasate, E.Blox, H.Rzayev, A.Badzini,  E.Kurtis, J.Kosma, G.Şiring, F.Əmirov, A.Tsfasmanın əsərləri və xalq mahnısı "Qaragilə" ifa olundu.  Prezident təqaüdçülərindən   Vurğun Vəkilov (piano),  Nərmin Nəcəfli,  Atabəy İsmayılov (tar),  solistlərdən Leyla Zeynalova (piano), Səid Bağırzadə (klarnet), Aytən İbrahimova və Nigar Əsgərova,  Zərifə Alxazova, Səidə Babışova, Cəmilə Əsgərzadə (violin), Mərziyə Hüseynova, Aydın Zeydullayev (saksafon), Ayla Şiriyeva və Əli Məmmədov (piano), Nicat Məsimov (balaban),  əməkdar müəllimlər Dilarə Mirzəquliyeva, Fatimə İdyatulina, Əflaruz Məmmədov, Ədilə Rəhimova,  müəllimlər Anar Məmmədov (klarnet), Fəqan Həsənli (piano), Ucal Məmmədxan (zərb alətləri), Elmira Mustafayeva,  İlhamə Ağayeva, İradə Xəlilova, Əlibaxış Məmmədov, xalq artisti Ağaxan Abdullayev, əməkdar artist Akif Süleymanbəylinin köməyi ilə tanınmış dünya bəstəkarlarının əsərlərini məharətlə ifa etdilər.  Konsertin sonunda tamaşaçılar ifaçıları  alqışladılar.   Böyütmək üçün şəkili seçin

Rəşad RAMAZANOĞLU,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov