Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

30 May 2014 - №20

 

"Coca-Cola Məktəbli Kuboku" futbol yarışının qalibi müəyyənləşib

 

Təhsil Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və "Coca-Cola" şirkətinin 7-ci və 9-cu sinif şagirdləri arasında birgə keçirdiyi "Coca-Cola Məktəbli Kuboku" futbol yarışının 7-ci siniflər üzrə qalibi müəyyənləşib.

2013-2014-cü il mövsümünün 7-ci siniflər üzrə final qarşılaşması Hövsan Olimpiya Kompleksində baş tutub. Nərimanov rayonu 177 nömrəli orta məktəbin komandası ilə Bərdə rayon 3 nömrəli orta məktəbin komandasının final görüşü gərgin mübarizə şəraitində keçib və 177 nömrəli məktəbin şagirdləri bərdəliləri 2:1 hesabı ilə üstələyiblər. Sabirabad rayonu 3 nömrəli orta məktəbin komandası turniri 3-cü yerdə başa vurub. 

Qeyd edək ki, Kubok oyunları 2013-cü ilin sentyabrında başlayıb. Yarış Azərbaycanın bütün rayonlarının məktəblərini əhatə edib.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov