Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

30 May 2014 - №20

 

Moskvada mini-futbol üzrə "Heydər Əliyev kuboku" uğrunda beşinci illik turnir keçirilib

 

Böyütmək üçün şəkili seçin Moskvada "Lujniki" idman kompleksinin Kiçik idman arenasında mini-futbol üzrə "Heydər Əliyev kuboku" uğrunda beşinci illik turnir keçirilmişdir. Turnir Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Rusiyanın Azərbaycanlı Gənclər Birliyi (RAGB) tərəfindən təşkil edilmişdir.

AzərTAc xəbər verir ki, bu il beşinci dəfə keçirilən yubiley turnirində 24 komanda, o cümlədən Azərbaycanın Rusiyadakı səfirliyinin, Ümumrusiya Azərbaycanlılar Konqresinin (ÜAK) yığma komandaları, "Qarabağ" komandası (Tofiq Bəhramovun xatirəsinə həsr edilmiş turnirin qalibi), Ümumrusiya Millətlərarası Gənclər İttifaqının, ÜAK-ın Moskva vilayət bölməsinin, RAGB-nin Kaluqa və Tuladakı regional bölmələrinin komandaları, habelə Moskva ali məktəblərində fəaliyyət göstərən Azərbaycan klublarının 17 komandası iştirak edirdi.

Turnirin təntənəli açılış mərasimində çıxış edənlər � Azərbaycanın Rusiyadakı səfirliyində humanitar məsələlər üzrə müşavir Nigar Axundova, ÜAK-ın icraçı direktoru İlqar Hacıyev və RAGB idarə heyətinin üzvü Emin Hacıyev turnir iştirakçılarını təbrik etmiş, uğurlar arzulamışlar.

Gənclər arasında belə bir turnirin keçirilməsi yaxşı bir ənənəyə çevrilmişdir. 2009-cu ildən etibarən hər il keçirilən bu turnir Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin doğum gününə həsr edilir.

Moskva Dövlət Humanitar-İqtisad İnstitutunun komandası artıq beşinci dəfə turnirin qalibi və "Heydər Əliyev kuboku"nun sahibi olmuşdur. İkinci yeri "Bakı" komandası tutmuşdur. Azərbaycanın Rusiyadakı səfirliyinin komandası və Moskva Dövlət Hüquq Akademiyasının komandası yarımfinal oyunlarının yekunlarına əsasən bürünc medallara layiq görülmüşlər.

"Ən yaxşı qapıçı" nominasiyasında Cavid İbrahimov qalib gəlmişdir. Murad Qarayev "Ən yaxşı hücumçu" hesab edilmiş, Anar Kərimov isə "Ən yaxşı oyunçu" adına layiq görülmüşdür.

Turnirin matçlarını Azərbaycanın Rusiyadakı səfirliyinin, Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin, habelə Ümumrusiya Azərbaycanlılar Konqresinin təmsilçiləri izləmişlər.

 
 
 
Səhifənin başına qalx "İdman" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov