Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

6 İyun 2014 - №21

 

Avropa İttifaqı-Azərbaycan Əməkdaşlıq Komitəsi çərçivəsində iclas keçirilib

 

İyunun 4-də Bakıda Avropa İttifaqı-Azərbaycan Əməkdaşlıq Komitəsi çərçivəsində Məşğulluq və sosial məsələlər, ictimai səhiyyə, təlim, təhsil və gənclər, mədəniyyət, informasiya cəmiyyəti və audiovizual siyasət, elm və texnologiya məsələləri üzrə alt komitənin üçüncü iclası keçirilib.

Tədbirdə Xarici İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Gənclər və İdman Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Səhiyyə Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Milli Elmlər Akademiyasının, qarşı tərəfdən isə Avropa Xarici Fəaliyyət Xidmətinin və Avropa İttifaqının Bakıdakı nümayəndəliyinin rəsmisi iştirak edib. İclası Azərbaycan tərəfdən Təhsil Nazirliyinin nümayəndəsi aparıb.

İclasda təhsil, məşğulluq və sosial məsələlər, səhiyyə, gənclər siyasəti, mədəniyyət, tədqiqat və innovasiyalar, informasiya cəmiyyəti mövzularında qarşılıqlı müzakirələr aparılıb. Azərbaycan tərəfi sözügedən sahələrdə həyata keçirilən islahatlar və əldə olunan nəticələrlə bağlı məlumat verib, Aİ nümayəndə heyəti isə bu sahələr üzrə həyata keçirilən siyasət və nəzərdə tutulmuş dəyişikliklərlə bağlı təqdimatlar edib. İki tərəf arasında əməkdaşlığın dərinləşdirilməsi və növbəti islahatların həyata keçirilməsi üçün qarşılıqlı fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, rotasiya prinsipinə əsasən, alt komitənin növbəti iclası 2015-ci ildə Brüsseldə keçiriləcək.

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov