Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

6 İyun 2014 - №21

 

Rusiyanın iqtisadi inkişaf naziri "ADA" Universitetində olub

 

Böyütmək üçün şəkili seçinAzərbaycanda rəsmi səfərdə olan Rusiya Federasiyasının iqtisadi inkişaf naziri Aleksey Ulyukayev iyunun 3-də "ADA" Universitetində olmuşdur.

AzərTAc xəbər verir ki, görüşdə Azərbaycanın dövlət strukturlarının rəsmi şəxsləri, RF-nin Azərbaycandakı səfirliyinin nümayəndələri, "ADA" Universitetinin müəllim və tələbələri, jurnalistlər iştirak etmişlər.

"ADA" Universitetinin rektoru, professor Hafiz Paşayev Rusiya iqtisadi inkişaf nazirinin bioqrafiyasından danışaraq demişdir ki, iqtisad elmləri doktoru, professor Aleksey Ulyukayev 1994-1996 və 1998-2000-ci illərdə Y.Qaydar adına Keçid Dövrünün İqtisadi Problemləri İnstitutu direktorunun müavini, 2004-cü ilin aprelindən 2013-cü ilin iyununadək RF Mərkəzi Bankı sədrinin birinci müavini işləmiş, 2013-cü il iyunun 24-dən RF-nin iqtisadi inkişaf naziri vəzifəsində çalışır.

A.Ulyukayev səmimi qəbula görə minnətdarlığını bildirərək qeyd etmişdir ki, universitetin proqramı müasir elmin ən qabaqcıl tələblərinə cavab verir. Rusiya-Azərbaycan ticarət münasibətlərinə toxunan nazir qeyd etmişdir ki, ölkələrimiz arasında əmtəə dövriyyəsi 2013-cü ilin yekunlarına görə maksimum həddəBöyütmək üçün şəkili seçin - 2,6 milyard dollara çatmişdir. Perspektivdə əmtəə dövriyyəsini 4 milyard dollara çatdırmaq olar. O demişdir: "Dünən Rusiya İqtisadi İnkişaf Nazirliyi və Azərbaycan İqtisadiyyat və Sənaye Nazirliyi arasında əməkdaşlıq haqqında Memorandum imzalanmışdır. "İnvestisiyaların təşviqi və qarşılıqlı müdafiəsi haqqında", "Ümumrusiya Sərgi Mərkəzi ərazisində Azərbaycan ticarət-sərgi mərkəzinin yaradılması haqqında" hökumətlərarası sazişlər və uzunmüddətli iqtisadi əməkdaşlıq proqramı da hazırlanma mərhələsindədir. Həmin sənədləri yaxın vaxtlarda imzalamağı düşünürük. Azərbaycan və Rusiya müştərək investisiya fondu yarada bilərlər. Bu fond iri layihələrin həyata keçirilməsinə kömək edə bilər. Rusiya artıq Qətər, Küveyt, Koreya Respublikası, Çin və digər ölkələrlə belə bir fond yaratmışdır".

Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev bildirmişdir ki, Rusiya Azərbaycanın əhəmiyyətli iqtisadi tərəfdaşı və ən başlıca idxalçısıdır. Ölkələr arasında ticarət rejimində heç bir problem yoxdur.

Sonra çıxış edənlər "ADA" Universiteti tələbələrinin suallarına cavab vermişlər.

Tədbirin sonunda Aleksey Ulyukayevə qiymətli hədiyyələr təqdim olunmuşdur. 

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov