Javascript DHTML Drop Down Menu Powered by dhtml-menu-builder.com

ARXİV

6 İyun 2014 - №21

 

Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin şagirdi Beynəlxalq müsabiqələr və festivallar qalibidir

 

Atabəy  İsmayılov 1998-ci ildə  Fizuli rayonunun Horadiz qəsəbəsində anadan olub. O, Bakıdakı  Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin şagirdidir. Hazırda  əməkdar müəllim Əflaruz Məmmədovun sinfində tar ixtisası üzrə təhsil alır. İlk uğuru 2010-cu ildə  N.Əliverdibəyov adına Gənc ifaçıların V Ümumşəhər müsabiqəsində I yerə layiq görülməsi  olub. 2012-ci ildə dahi sənətkar Bülbülün anadan olmasının 115 illik yubileyinə həsr olunan festivalda böyük istedad və bacarıq nümayiş etdirərək I yerə layiq görülən  yeniyetmə həmin il  İtaliyanın Roma şəhərində  Azərbaycan - İtaliya diplomatik əlaqələrinin 20 illiyinə həsr olunan "Azərbaycan- mədəniyyət ruzgarı" adlı konsertdə iştirak edib. M.V.Lomonosov adına MDU-nun Bakı  filialında  və "ÜNS"  yaradıcılıq mərkəzində  keçirilən tədbirlərdə uğurla çıxış edib. 2013- cü ildə Fransanın Strasburq şəhərində tarın UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına salınması münasibətilə keçirilən "Qafqazın mirvarisi" adlı konsertdə Azərbaycanı layiqincə təmsil edib.  O, Azərbaycan  Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə  keçirilən 1 iyun - Uşaqları Beynəlxalq Müdafiə Gününə həsr olunan "İstedadlı  uşaqlar festivalı-2013"-ün qalibi olaraq diplom və kubokla, Azərbaycan Bəstəkarlar İttifaqı tərəfindən müasir Azərbaycan  bəstəkarlarının  əsərlərinin  ifasına görə fəxri fərmanla mükafatlandırılıb. 2013-cü ildə  ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş II Respublika müsabiqəsində fəal iştirakına görə  Qran-Pri  mükafatına layiq görülüb.

Beynəlxalq müsabiqələrdə və festivallarda əsl istedad nümayiş etdirən Atabəyin adı "Azərbaycanın  gənc istedadlarının "Qızıl kitabı"na yazılıb və o, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev  cənablarının müvafiq sərəncamı ilə  xüsusi aylıq təqaüdə layiq görülüb.

Qeyd edək ki,  yeniyetmə 2014 -cü il 2 fevral - Azərbaycan Gəncləri Günü münasibətilə keçirilən tədbirdə  musiqi sahəsində qazandığı uğurlara görə fəxri fərman və kubokla mükafatlandırılıb. Mayın 3-də isə  Sankt-Peterburq Filarmoniyasında ulu öndər Neydər Əliyevin anadan olmasının 91-ci ildönümünə və Heydər Əliyev Fondunun yaranmasının 10 illiyinə həsr edilmiş möhtəşəm konsertdə  çıxışı maraqla qarşılanıb.

Beynəlxalq müsabiqə və festivallarda  Azərbaycanı uğurla təmsil edən, dəfələrlə müvəffəqiyyət qazanan, çoxlu sayda diplom və mükafatlar sahibi olan  Atabəyin ən böyük uğurları hələ qabaqdadır.  

Sifai SƏFƏROVA,
"Azərbaycan müəllimi"

 
 
 
Səhifənin başına qalx "Xəbərlər" bölməsinə get Nömrənin müdəricatına dön Səhifənin başına qalx
 

AZƏRBAYCANIN TƏHSİL NAZİRLƏRİ

 

DÜNYA UNİVERSİTETLƏRİ

 

DÜNYA TƏHSİLİ

 

DÜNYA ÖLKƏLƏRİNDƏ ALİ MƏKTƏBLƏRƏ QƏBUL

 
 
 

Copyright  ©  All Rights Reserved.
Created and supported by Mehman Shafagatov